Wellmechs
Baş Mühasib
Son tarix 22 dek 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Hesab, balans, avans hesabatının aparılmasını tərtib edilməsi;
- Debitor və kreditor borclara nəzarət;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.
- Və s.
Tələb olunan:
- Ali təhsil
- Yüksək IQ səviyyə (Yüksək TQDK Qəbul balı);
- 1C təcrübə;
- Minimum 2 il mühasibatlıq təcrübəsi;
- Ofis Proqram Bilikləri;
- Rus dil bilgisi;
- Vergi Məcəlləsi bilikləri;
- Statistika;
- DSMF Hesabatları bilikləri
- Yaş: 25 - 50( Bəy namizəd arzu olunandı)
İş şəraiti:
- Əmək haqqı razılaşma ilə (1300- 2000) azn arasi
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə • Həftədə 6 iş günü (09:00-18:00), 1 gün istirahət • Nahar şirkət tərəfindən qarşılanır
- Telefon xərcləri şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlərin email ünvanına mövzu yerinə “Baş Mühasib” qeyd etməklə müraciət etmələri xahiş olunur. CV formatı PDF olaraq paylaşılması xahiş edilir.
Ünvan:Nərimanov r-nu,Bakı Modern Məktəbin yanı.