Komplayens üzrə mütəxəssis / aparıcı mütəxəssis
Tələblər:
• Ali təhsil (hüquq və ya maliyyə sahəsində);
• Stressə davamlılıq və tez qavrama qabiliyyəti;
• Azərbaycan, rus və ingilis dillərini bilmək;
• Böyük həcmli məlumat və sənədlərlə işləmək bacarığı;
• Qərarlar qəbul edə bilmək, öz üzərinə məsuliyyət götürməyə hazır olmaq;
• Təcrübəli PK istifadəçisi (Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook).
Aşağıdakılara üstünlük veriləcək:
• Bankda antikorrupsiya komplayens sistemini qurma təcrübəsi;
• Korporativ hüquq, korporativ idarəetmə sahəsində iş təcrübəsi;
• Risklərin idarə edilməsi sahəsində iş təcrübəsi;
• Təşkilatda proseslərin və nəzarətlərin avtomatlaşdırılması sahəsində təcrübə;
• Hesabatlıq tərtib etmək, analitik iş, sənədlərlə işləmək (sənəd yaratmaq, müqayisə etmək, lokal normativ aktlara dəyişikliklər etmək) təcrübəsi.
Vəzifələr:
• Bankın tələblərinə uyğun olaraq daxili nəzarət prosedurları və daimi cari müşahidə prosedurlarına riayət olunmasının yoxlanılması;
• Əməkdaşlar üçün konsultasiyaların keçirilməsi və komplayens məsələləri üzrə bölmələrə metodoloji dəstək (o cümlədən təlimlərin keçirilməsi);
• Daxili nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
• Komplayens məqsədləri üçün daxili normativ sənədlərinin (Əsasnamələr, Təlimatlar, Metodologiyalar və s.) yenilənməsi, dəyişikliklərin daxil edilməsi, təsdiqlənməsi və tətbiqi;
• Şirkətdə risklərin qiymətləndirməsinin aparılması və tənzimləyici risklərin aradan qaldırılması/azaldılması üçün tədbirlərin görülməsi;
• Yeni məhsulların işə salınması zamanı layihə sənədlərinin təhlili.
Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).