Vakansiya 1
Maliyyə təhlili şöbəsinin mütəxəssisi
İxtisas tələbləri
- Biliklər: bazar iqtisadiyyatı, maliyyə və idarəetmə uçotu, maliyyə təhlili üsulları, məlumatların işlənmə metodları.
- Dil bilikləri: Azərbaycan, rus, ingilis.
- Sertifikatlaşma: ACCA (F3, F2).
Vəzifələri
- Xərclərin çıxarılması və səmərəlilik hesablamaları üzrə maliyyə modellərinin hesablanmasında şöbə Müdirinə texniki dəstəyin göstərilməsi.
- Bazarın makroiqtisadi və mikroiqtisadi təhlilinin aparılmasında Şöbə Müdirinə texniki dəstəyin göstərilməsi.
- Məlumatların toplanması, məlumat bazasının yaradılması və aparılması.
- Bankın strateji planının hazırlanmasında və təkmilləşdirilməsində iştirak.
- Bankın strateji modelinin dəstəklənməsi və yenilənməsinin təmin edilməsi.
- Bankın strategiyasının, plan/fakt təhlilinin monitorinqinin aparılması.
Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Vakansiya 2
Korporativ biznesin məhsullarının metodologiyası və hazırlanması şöbəsinin Aparıcı/Baş mütəxəssisi.
Tələblər:
- Təhsil: ali.
- Bilik və bacarıq səviyyəsi, əmək stajı: ali təhsili və müvafiq ixtisasmaya malik, profili üzrə ən azı 3 il, kommersiya, maliyyə və ya dövlət təşkilatlarında oxşar vəzifələrdə ən azı 2 illik iş təcrübəsi olan şəxs.
Peşə bilikləri:
• Bank sisteminin strukturu;
• Kommersiya bankının fəaliyyətinin təşkili;
• Müqavilə işinin aparılmasının əsasları;
• Bank marketinqinin üsulları;
• Biznes planlaşdırması metodları;
• Məlumatların əldə edilməsi, işləməsi və təhlili metodları;
• Bankın təşkilati və biznes strukturunu, onun bölmələri arasındakı əlaqələr;
• Bank məhsulları və onların müştərilərə təqdim etmə texnologiyaları;
• Mövcud avtomatlaşdırılmış bank sistemlərinin funksional imkanları;
• Kargüzarlığın əsasları;
• Bankın informasiya resurslarında istifadə;
• İstifadəçi səviyyəsində kompüter bacarıqları, proqram məhsulları haqqında məlumat: MS Office;
• Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində iş üsullarını, habelə cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hərəkətlərə münasibətdə qanunvericilik və digər normativ aktların müddəalarından irəli gələn məsuliyyət və öhdəliklərini bilmək və anlamaq.
Qabiliyyətlər:
• İşgüzar fəallıq;
• Təşkilatçılıq bacarığı;
• Qərarları operativ şəkildə qəbul etmək və məsuliyyəti üzərinə görütmək bacarığı;
• Ünsiyyətçil olmaq;
• Müəyyən edilmiş iş planlarına və hədəflərə uyğun olaraq müstəqil qərar qəbul etmə.
Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).