Marketinq meneceri
Son tarix 29 may 2022 - [email protected]
İş barədə məlumat:
-
Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
-
Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
-
Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
-
Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
-
Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
-
Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
-
Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
-
Qiymət strategiyasının işlənib hazırlanması;
-
Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
-
Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
-
Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
-
Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
-
Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
-
Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
-
Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
-
Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
-
Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
-
Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
-
Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
-
Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
-
Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.
İş günləri: 1-6 ci günlər
Əmək haqqı namizədin bacarıqlarına görə təyin ediləcəkdir
Namizədə tələblər:
-
Marketinq sahəsində ali təhsili
-
25-35 yaş
-
Marketinq sahəsində 3 ildən az olmayan təcrübə
-
Analitik və kreativ düşünmə tərzi
-
Təqdim etmə bacarığı
-
Proektlər və personalı idarəetmə bacarığı və təcrübəsi
-
Ünsiyyət qurmaq və danışıqlar aparmaq
-
MS Office-də işləmək bacarığı
-
Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları
-
İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir
-
Sosial Media İşlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə
-
Müştərilər üzrə Sosial media strategiyalarının hazırlanması
-
Müştərilər üzrə mətnlərin hazırlanması
-
Müştərilərlə əlaqə, müştəri məmnuniyyətinin təmin olunması
-
Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı
-
Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı
-
Reklamların təyin edilməsi və idarə edilməsi
-
Reklamların və görülən işlərin analizi bacarığı
-
Google ads üzrə işləmə bacarığı
-
Photoshop və dizayn proqramlarinin bilməsi
-
Planlaşdırma və realizasiya bacarığı
-
Məsuliyyətli və diqqətli olmaq
-
Komandada işləmə bacarığı
-
Kreativ düşüncə
Namizədlər CV-lərini merketinq meneceri başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Onlayn satış direktoru
Son tarix 29 may 2022 - - [email protected]
Vəzifə öhdəlikləri:
-
Rəqiblərinin onlayn satış strategiyası və bazar analizi, onlayn satış prosesinin (logistika və zəng mərkəzi) təşkili,
-
Onlayn satış hədəflərinin təyin olunması və idarə edilməsi;
-
Onlayn satış komandasının düzgün idarə edilməsi, motivasiyasının yüksək saxlanılması və komandanın hədəflərinə çatmasınında lazımı dəstəyi təmin ediməsi;
-
Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi;
-
Onlayn satış sonrası müştəri xidmətlərinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmalı və nəzarət mexanizmini tətbiq etməli;
Tələblər:
-
Onlayn satış sahəsi üzrə nəzəri və praktiki bilgilər, sıfırdan onlayn satış sistemi qura bilmə bacarığı;
-
Azərbaycan , rus dillərini mükəmməl (İngilis dili arzuolundır);
-
MS Office proqramlarından istifadə etmək bacarığı ,1C proqramı.
-
İş təcrübəsi: Ümumi Satış təcrübəsi 5 il (azı 2 il rəhbər təcrübəsi);
-
Təhsil: Ali (Biznesin İdaredilmısi, İqtisadiyyat və Maliyyə istiqamətləri üzrə);
-
Yaş həddi: 30 və ya üzəri;
İş qrafiki: həftədə 6 gün.
Namizədlər CV-lərini onlayn satış direktoru başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Satınalma direktoru
Son tarix 29 may 2022 - [email protected]
Tələblər:
-
Dil bilikləri : Azərbaycan və Rus ( türk dili arzuolunandır) dillərində sərbəst danışmaq ve işgüzar yazışmanı aparmaq;
-
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C).
-
Komandada işləmək bacarığı;
-
İşinə məsuliyyətli yanaşma.
-
Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun olmasına, Şirkətin Satınalma Siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalmaları həyata keçirilməsinə görə məsuliyyət daşımaq
-
Şirkətin satınalma prosesinin təşkili və idarə edilməsində iştirak edilməsi
-
Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
-
Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;
-
Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılmasının təşkil edilməsi.
-
Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;
-
Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
-
Gömrüklə işləmə bacarığı;
-
Hesabatların hazırlanması və təqdim edilməsi;
-
Planlama və Təşkilatçılıq;
-
Strukturlardan daxil olan sifarişlər əsasında təchizat prosesinin şirkət prosedurlarına uyğun olaraq aparılmasının təşkili və izlənilməsi;
-
Alış tələbnamələrinin düzgünlüyünün yoxlanılması və təsdiqi;
-
Alış tələbnaməsi, təklif qiymətləndirilməsi, alış sifarişi, müqavilə və digər təchizat sənədlərinin reyestrinin aparılması.
-
Servis şirkət tərəfindən təşkil olunur;
-
6 günlük iş həftəsi
-
AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə;
Vakansiyaya müraciət üçün CV-nizi “Satınalma direktoru” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
Satıcı
Son tarix 29 may 2022 - [email protected]
İşin təsviri:
-
Mağazada satılan saat məhsulları ilə əlaqədar müştərilərə məsləhət edərək məhsulların satışını həyata keçirib, bütün prosesin təqibini və müştəri məmnuniyyətini təmin etmək
-
Mağazadakı,məhsulların nizamından məsuliyyətli olmaq və mağaza içi vizual qaydalara əməl etmək.
-
Həftənin 7 günü növbəli iş saatı
-
Həftə içi 1 gün istirahət günü
-
Əmək haqqı: 450 manat fikx + Bonus
Namizədə tələblər:
-
Ali və ya orta təhsilli
-
22-30 yaşlarında namizədlər
-
Etibarlı, məsuliyyətli, səliqləli və çevik
-
Bu sahədə özünə karyera qurmaq istəyən
-
İnandırma qabiliyyəti yüksək olan, gülər üzlü, pozitiv, insanlarla tez ünsiyyətə girəbilən, komandada işləmə bacarığına sahib
-
İşində müştəri məmnuniyyətini əsas amil tutan
-
Satış sahəsində ən azı 1 il iş təcrübəsi olan
-
Azəri və Rus dili bilikləri
-
Kompüter proqramlarını bilən (word, excel) 1C arzuolunan
Namizədlər CV-lərini satıcı başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Anbardar
Son tarix 29 may 2022 - [email protected]
Tələblər:
-
Malların qəbulu və ixracını təmin etmək;
-
Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
-
Qaimə və hesab fakturalar əsasında anbardakı prosesləri həyata keçirmək;
-
Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
-
Anbarda sayımlar aparmaq;
-
Anbar qalığına nəzarəti həyata keçirmək
-
İşçilərə nəzarəti həyata keçirmək;
-
Birbaşa rəhbərin tapşırıqları əsasında funksiyaları icra etmək.
Tələblər:
-
Yaş həddi : 25 – 35;
-
İş təcrübəsi: 1 ildən az olmayaraq;
-
MS Office (Exel, Word) , 1C UT proqramlarını bilməli;
-
Komandada işləmə bacarığı;
-
Nizam – intizamlı, məsuliyyətli, stressə davamlı olmaq;
Namizədlər CV-lərini anbardar başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.