VMF
İnsan Resursları üzrə Menecer
Son tarix 25 apr 2026 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nərimanov prospekti
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı 1200 AZN (Namizədin bilik və bacarığına əsasən dəyişə bilər)
Vəzifə öhdəlikləri:
- Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi;
- İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət;
- İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması;
- İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması;
- İş analizlərinin təşkili və həyata keçirilməsi;
- Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi;
- İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması;
- Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi;
- Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək, inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
- Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
- Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
- Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması.
- Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla).
- İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
- Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.
Tələblər:
- Ali təhsil
- Müvafiq vəzifədə azı 3-5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər
- Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili biliyi üstünlükdür
- 1C və ya digər MS proqramlarında işləmək bacarığı
- MS Excel (pivot table, formullar və s.) bilikləri
- Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır
Uyğun Namizədlər öz cvlərini “HR Menecer” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın.












