VMF Natural Frequencies
Korporativ Satış Meneceri
Son tarix 30 may 2026 - [email protected]
Şirkətimiz brend saatların korporativ müştərilərə satışı üzrə fəaliyyət göstərən dinamik komandası üçün Korporativ Satış Meneceri vəzifəsinə xanım namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Korporativ müştəri bazasının yaradılması və inkişaf etdirilməsi
- Yeni müştərilərin cəlb edilməsi və aktiv satış prosesinin idarə olunması
- Müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi
- Satış planlarının icrası və nəticələrin mütəmadi təhlili
- Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması
Tələblər:
- Xanım namizəd
- Satış sahəsində minimum 1-3 il iş təcrübəsi (korporativ satış üstünlükdür)
- Ünsiyyət və təqdimat bacarıqlarının yüksək səviyyədə olması
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
- Azərbaycan və rus dili səlis, ingilis dili arzuolunandır
- MS Office proqramlarında işləmə bacarığı
- Xarici görünüş və təqdimat qabiliyyəti yüksək olmalıdır
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 800 AZN + bonus
- Karyera inkişafı və peşəkar yüksəliş imkanı
- Korporativ mühitdə çalışma imkanı
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli və artan gəlir modeli
- Motivasiyaedici bonus sistemi
- Peşəkar və prestijli məhsullarla işləmək imkanı
- Stabil və inkişaf yönümlü iş mühiti
Uyğun Namizədlər öz cvlərini “Korporativ satış meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın















