VMF KAFE LLC
Təchizatçı
Son tarix 09 iyn 2025 - [email protected]
Təchizat planlaması:
- Lazımi məhsul və materialların vaxtında və düzgün miqdarda alınmasını planlamaq.
- Stok səviyyəsini izləmək və tükənmənin qarşısını almaq.
Tədarükçülərlə əməkdaşlıq:
- Etibarlı tədarükçülər tapmaq və müqavilələr bağlamaq.
- Qiymət təklifləri almaq və müqayisə etmək.
- Tədarükçülərlə effektiv ünsiyyət qurmaq və münasibətləri qorumaq.
Sifarişlərin idarə olunması:
- Satınalma sifarişlərini hazırlamaq və izləmək.
- Gələn məhsulları yoxlamaq: say, keyfiyyət və uyğunluq baxımından.
Qiymət və xərclərə nəzarət:
- Ən uyğun qiymətlərlə keyfiyyətli məhsullar almaq.
- Büdcəyə uyğun alış-verişin həyata keçirilməsi.
Anbar və stok idarəsi:
- Gələn malların düzgün şəkildə saxlanmasına nəzarət etmək.
- Tullantının və zərərin qarşısını almaq üçün saxlama şəraitinə diqqət yetirmək.
Hesabat və sənədləşmə:
- Alışlar və ödənişlər haqqında dəqiq hesabatlar aparmaq, xüsusi proqramda anbardakı yerdəyişmələri qeyd etmək.
- Müqavilə, faktura, qaimə və digər sənədləri toplamaq və arxivləşdirmək.
- Hər ayın sonu sayım işi apararaq anbar qalıqlarını yoxlamaq.
Keyfiyyətə nəzarət:
- Alınan məhsulların standartlara və müəssisənin tələblərinə uyğunluğunu yoxlamaq.
- Problemlər olduqda tədarükçü ilə əlaqə qurmaq və dəyişdirmə/təmir işlərini təşkil etmək.
Logistika və çatdırılma məsələlərinin təşkili:
- Malların düzgün və vaxtında çatdırılmasını təmin etmək.
- Nəqliyyat xərclərinin və risklərin optimallaşdırılması.
Tələblər
- Sürücülük vəsiqəsinin olması mütləqdir
- Yaş həddi: 20-30
İş şəraiti
- Ünvan: Tbilisi dairəsi
- İş saatları 09:30-18:30
- İş günləri: 6 gün. Şənbə günü qısa iş günü (1 saat)
- Maaş: 650 Net
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.