VIP Xidmətlər Qrupu MMC
Qida təhlükəsizliyi üzrə mütəxəssis
Son tarix 10 okt 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi sisteminin beynəlxalq standartların tələblərinə - HACCP, ISO 22000, GMP, GHP uyğunluğunu təmin etmək;
- Qida məhsullarının qəbulunda və realizasiya prosesində kritik nöqtələrini müəyyən etmək və nəzarət mexanizmini tətbiq etmək;
- İşçi heyətinin sanitar-gigiyenik normalarına riayət etməsinə, avadanlıqların və mətbəx alətlərinin təmiz saxlanmasına nəzarət etmək;
- Pest kontrolun aparılmasına nəzarət etmək;
- Aylıq olaraq izlənmə sisteminə aid olan sənədlərn təhlilini aparmaq və hesabatlar hazırlamaq;
- Daxili auditlərdə iştirak etmək və aşkar olunan uyğunsuzluqları müəyyən edərək tənzimləyici tədbirlər hazırlamaq;
- Obliqat qrupuna aid əməkdaşların gigiyena sahəsində biliklərinin yoxlanılmasında iştirak etmək;
- Qida tədarükçülərinin uyğunluğunu qiymətləndirmək, sertifikat və uyğunluq sənədlərini toplanmaq;
- Qida məhsullarının saxlanılmasına və sərnişinlərə təqdim olunmasında qanunvericilik və beynəlxalq standartların tələblərinə cavab verilməsini təmin etmək.
Vəzifə tələbləri:
- Qida mühəndisliyi, Biologiya, Kimya və bənzəri sahələr;
- MS Office programları (Word, Excell, Outlook) üzrə biliklər;
- Qida auditi sahəsində ən az 3 il iş təcrübəsi;
- Azərbaycan dili, ingilis və rus dilləri (B1-B2);
- Qida təhlükəsizliyi sistemləri üzrə HACCP, ISO 22000, GMP, GHP standartlarının tələblərini bilmək. Sahənin beynəlxalq sertifikatlarına sahib olmaq üstünlükdür;
- AQTİ tərəfindən verilmiş təlimlər üzrə sertifikatlara sahib olmaq;
- Problem həll etmə və risk qiymətləndirmə bacarığı;
- Yaxşı sənədləşdirmə və hesabat tərtibi bacarığı.
Əmək şəraiti:
- Əmək haqqı: 1300 AZN (gross);
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Təminatlar:
- Ümumi xidməti nəqliyyat;
- Naharla təmin etmə;
- Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;
- Hava limanı ərazisində avtomobil parklama imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təlim üzrə menecer
Son tarix 10 okt 2025 -Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin biznes hədəflərinə uyğun olaraq əməkdaşların təlim və inkişafı üçün uzunmüddətli və qısamüddətli planların hazırlanması və tətbiqi.
- İllik xarici və daxili təlim planlarını hazırlamaq, təlimlərin təşkilini həyata keçirmək və nəzarət etmək;
- Fərdi təlim planlarını hazırlamasına nəzarət etmək;
- Təlim keçirilən işçilərin hazırlıq səviyyəsinə, keçirilən təlimlərin keyfiyyətinə və müntəzəmliyinə nəzarət etmək;
- Sınaq müddətini bitirən namizədlərin ixtisas biliklərinin qiymətləndirilməsi prosesini təşkil etmək;
- Hər 6 aydan bir işçilərin xarici dil biliklərinin yoxlanılması prosesini həyata keçirmək və rəhbərliyə hesabat vermək;
- Təlimlərin, təlimatçıların və təlim prosesinin təşkilinin sorğular vasitəsilə qiymətləndirilməsini həyata keçirmək;
- Test bazasını formalaşdırılması və yenilənməsi
- Elektron təlim (E-learning) prosesinin təşkil edilməsi
- Təlimlər bitdikdən sonra (3-6 ay müddətində) təlimlərin effektivliyinin qiymətləndirilməsini həyata keçirməsini təşkil etmək;
- Təlimlərin, sertifikatların və imtahanların qeydiyyat reyestrini vaxtaşırı olaraq yeniləməsini təşkil etmək;
- Aylıq olaraq təlim üzrə görülmüş işlər barədə hesabat tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Təlim prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək.
Tələblər:
- Ali təhsil (Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarə olunması, Psixologiya, İqtisadiyyat üzrə təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Kompüter bilikləri: MS Office (Powerpoint, Excel yaxşı səviyyədə)
- Ənənəvi və müasir təlim metodları ilə işləmək
- Analitik düşüncə və təklifləri təqdim etmə bacarığı
- Yüksək kommunikasiya və təqdimat bacarığı olmalı
- Dil bilikləri : azərbaycan(səlis), rus dili və ingilis dili danışıq səviyyəsində (B1/B2 Səviyyə);
- Təlim və inkişaf üzrə müvafiq sertifikatlar arzu olunandır
- Punktuallıq;
- Təşkilatçılıq bacarığı;
- İşgüzar ünsiyyət;
- Komandada işləmə bacarığı.
- İSO 9001 standartları üzrə biliklərin olmasına üstünlük verilir.
Əmək şəraiti:
- Əmək haqqı: 1600 AZN (gross);
- 5 günlük (09:00-18:00) iş rejimi;
- Nahar və nəqliyyat təmin edilir;
- Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.