Victory Group
SAT Verbal Təlimçisi
Son tarix 26 apr 2025 [email protected]
SAT Verbal Təlimçisi olaraq, tələbələri SAT imtahanının Reading və Writing bölməsinə hazırlamaq əsas vəzifəniz olacaq.
Siz tələbələrin oxu-anlama, məntiqi təhlil, söz ehtiyatı və qrammatika bacarıqlarını inkişaf etdirmək üçün interaktiv və effektiv dərs metodlarından istifadə edəcəksiniz.
Vəzifələr:
- SAT Reading və Writing bölmələri üzrə dərslərin təşkili və keçirilməsi
- Oxu-anlama, məntiqi təhlil və qrammatika üzrə tədris materiallarının hazırlanması
- Tələbələrin inkişafını izləmək və fərdi tədris yanaşmaları tətbiq etmək
- Müxtəlif səviyyələr üçün test strategiyalarının öyrədilməsi
- Müntəzəm olaraq sınaq imtahanları təşkil etmək və nəticələri təhlil etmək
Tələblər:
- İngilis dili üzrə yüksək səviyyə (C1 və ya daha yüksək)
- Tədris sahəsində təcrübə (ən azı 1 il arzuolunandır)
- Güclü ünsiyyət və izah etmə bacarığı
- Tələbələrlə işləmək bacarığı və səbirli yanaşma
- Müasir tədris metodlarından istifadə etmək qabiliyyəti
Üstünlük verilənlər:
- SAT imtahanı vermiş və yüksək nəticə əldə etmiş namizədlər
- Tədris sahəsində sertifikat və ya əlavə təcrübə
- Müxtəlif yaş qrupları ilə işləmək bacarığı
İş şəraiti
- İş yeri: Əhməd Rəcəbli 31. Qobustan Plaza. Victory Group
- Maaş: 800 - 2000 AZN
- İş rejimi: Tam ştat
Instagram səhifəmiz - @victory.colleges