Veysəloğlu Şirkətlər Qrupu
Tender və təchizat üzrə mütəxəssis
Son tarix 04 sen 2023 - [email protected]
Öhdəliklər:
- Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək və onun düzgün çalışmasına nəzarət etmək;
- Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
- Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırmaların aparılması;
- Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- İnşaat sahəsində minimum 3 il iş təcrübəsi;
- Yüksək analitik təhlil və çevik qərarvermə qabiliyyəti;
- MS Office biliyi;
- Komandada işləmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan dili ,ingilis dili və rus dili bilikləri üstünlükdür.
Daxili auditor
Son tarix 01 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Audit olunan müəssisə/proses haqqında ilkin məlumatları əldə etmək və təhlil etmək;
- Biznes prosesləri sənədlər və müsahibələrə əsasən sənədləşdirmək;
- Biznes proseslərdə təsvir olunan nəzarət sistemlərini yoxlamaq;
- Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək;
- Nəzarət sistemlərində olan boşluqların müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək;
- Audit testlərini həyata keçirmək və dəstəkləyici sənədləri yoxlamaq;
- Mühasibat yazılışlarının qəbul olunmuş standartlara uyğun aparılmasını yoxlamaq;
- Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək;
- Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək.
Ümumi tələblər:
- Ali iqtisadi təhsil;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Auditor” yazmaqla, öz CV-lərini göndərə bilərlər.