Veysəloğlu MMC
Kreditorlar üzrə Şöbə Müdiri
Son tarix 27 may 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)
Təhsil: Ali iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
- Xərclər, ticari və qeyri-ticari mal alışları, malların mədaxili ilə bağlı əməliyyatlarına və müvafiq işləri icra edən komandalara rəhbərlik
- Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
- Şirkətin ticari öhdəliklərinin zamanında və tam şəkildə tanınmasına, həmçinin ödənilməsinə nəzarət;
- Ticari və qeyri-ticari borcların üzləşmələrinin şirkətin prosedurlarına uyğun şəkildə aparılmasının təmin edilməsi;
- Kreditor borclar və onlara görə öhdəliklərin icra edilməsi ilə bağlı vergi əməliyyatlarının düzgün şəkildə həyata keçirilməsinə nəzarət;
- Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
- SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
- Komanda üzvləri ilə bilik və təcrübənin paylaşılması və onların peşəkar inkişafına dəstək olmaq;
- Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
- Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
- Orta səviyyədə rus dili biliyi (inglis dili biliyi üstünlükdür)
- Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
- Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
- Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
- SAP proqramında işləmək bacarığı üstünlükdür.
- ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
- Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Kreditorlar üzrə Şöbə müdiri” yazaraq ünvanına göndərmələri xahiş olunur.
Debitorlar üzrə Şöbə Müdiri
Son tarix 27 may 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)
Təhsil: Ali iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
- Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
- Debitor borcların üzləşmələrinin aparılmasına nəzarət və rəhbərliyə dövri hesabatların təqdim edilməsi;
- Müştərilərə vergi hesab fakturaların zamanında göndərilməsinin təmin edilməsi;
- Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
- Anbarda faktura nəzarəti komandasının işinə nəzarət və təkmilləşdirilməsinə dəstək vermək;
- Debitor borcların müqavilə şərtlərinə uyğun zamanında ödənilməsinə nəzarət və iri müştərilər ilə müzakirələrin aparılması;
- SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
- Komanda üzvləri ilə bilik və təcrübənin paylaşıması və onların peşəkar inkişafına dəstək olmaq;
- Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
- Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
- Rus və inglis dili bilikləri üstünlükdür
- Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
- Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
- Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
- SAP proqramında işləmək bacarığı üstünlükdür.
- ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
- Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Debitorlar üzrə Şöbə müdiri” yazaraq göndərmələri xahiş olunur.
Vergi uçotu üzrə ekspert
Son tarix 25 may 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə öhdəlikləri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarətin, operativ məlumatların təqdim edilməsini təmin etmək, habelə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak etmək
- Müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyəti dövründə vergi uçotunun düzgün təşkilini təmin etmək;
- Dövlət Vergi Xidməti,Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyinin Antiinhisar üzrə İstehlak Bazarlarına Nəzarət orqanı, Dövlət Statistika Komitəsinə aylıq rüblük və illik hesabatların təqdim edilməsi
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək.
- Aylıq qrupdaxili əməliyyatlara və üzləşmə aktlarına nəzarət etmək
- Bütün aylıq və rüblük vergi orqanına və şirkətdaxili hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək
- Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrinin tətbiqini təmin etmək
- Bütün növ vergi bəyannamələri (ƏDV,ÖMV,Mənfəət,Torpaq,Əmlak,Vahid,və s)
- ƏDV bəyannaməsi (Bütün əlavələri ilə işləmək )
- İkiqat vergitutmanın aradan qaldırlması ilə bağlı DTA 01, 02, 03, 04, 05 ilə bağlı Dövlət Vegi Xidmətinə müraciət edilməsi
Tələblər:
- Müvafiq sahədə minimum 3 il iş təcrüəsi;
- Ali iqtisadi, maliyyə və mühasibatlıq sahəsində təhsil;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı
- Yüksək analitik təhlil qabiliyyəti
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Servis xidməti
İş qrafiki: 5 günlük, 09:00-18:00
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Vergi uçotu üzrə ekspert” yazaraq göndərmələri xahiş olunur.