Veysəloğlu Şirkətlər Qrupu
KSM və Tədbirlərin təşkili üzrə Aparıcı Mütəxəssis
Son tarix 02 apr 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Korporativ tədbirlər ilə bağlı təkliflər hazırlamaq və icra etmək;
- KSM ilə bağlı layihələr hazırlamaq və icra etmək;
- Şirkətə daxil olan sponsorluq müraciətlərini dəyərləndirmək və cavablandırmaq;
- Həyata keçirilən KSM və sponsorluq fəaliyyəti haqqında kommunikasiya üçün məlumat hazırlamaq;
- Həyata keçirilən tədbirlərin nəticələrini təhlil etmək.
Tələblər:
- Təhsil: Ali (İctimaiyyətlə əlaqələr və marketinq üzrə arzuolunandır);
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il
- Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (ingilis dili və rus dili biliyi arzuolunandır);
- Tədbirlərin təşkili qabiliyyəti;
- Layihə idarəetmə bacarığı;
- Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
- Kreativlik və nəticə yönümlülük;
- Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti;
- Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “KSM və Tədbirlərin təşkili üzrə Aparıcı Mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu
PR Menecer
Son tarix 02 apr 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin kommunikasiya strategiyasına əsasən tədbirlər planını hazırlamaq və icra etmək;
- Veb sayt və digər onlayn kanallardan effektiv yararlanmaq (brendin tanınmasını artırmaq);
- Media və və müxtəlif tərəfdaşlarla effektiv münasibətlər qurmaq və onları inkişaf etdirmək;
- Mediaya təqdim ediləcək materiallar, həmçinin broşurlar, nəşrlər və hər növ tanıtım materiallarının mətnini hazırlamaq;
- Həyata keçirilən PR tədbirlərinin nəticələrini təhlil etmək.
Tələblər:
- Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, marketinq, jurnalistika və fililogiya üzrə arzuolunandır);
- İş təcrübəsi: PR və ya Marketinq üzrə minimum 5 il;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (rus və ingilis dili biliyi üstünlükdür);
- Sosial media və SEO bilikləri;
- Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti;
- Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
- Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;
- Vəziyyətə çevik reaksiya vermə və qərar vermə bacarığı;
- Araşdırma və problem həll etmə qabiliyyəti;
- Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “PR Menecer” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu MMC
Debitorlar üzrə Şöbə Müdiri
Son tarix 28 mar 2023 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək .
İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)
Təhsil: Ali iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
- Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
- Debitor borcların üzləşmələrinin aparılmasına nəzarət və rəhbərliyə dövri hesabatların təqdim edilməsi;
- Müştərilərə vergi hesab fakturaların zamanında göndərilməsinin təmin edilməsi;
- Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
- Anbarda faktura nəzarəti komandasının işinə nəzarət və təkmilləşdirilməsinə dəstək vermək;
- Debitor borcların müqavilə şərtlərinə uyğun zamanında ödənilməsinə nəzarət və iri müştərilər ilə müzakirələrin aparılması;
- SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
- Komanda üzvləri ilə bilik və təcrübənin paylaşıması və onların peşəkar inkişafına dəstək olmaq;
- Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
- Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
- Rus və inglis dili bilikləri üstünlükdür
- Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
- Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
- Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
- SAP proqramında işləmək bacarığı üstünlükdür.
- ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
- Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Debitorlar üzrə Şöbə müdiri” yazaraq ünvanına göndərmələri xahiş olunur.
Veysəloğlu MMC
Kreditorlar üzrə Şöbə Müdiri
Son tarix 28 mar 2023 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)
Təhsil: Ali iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
- Xərclər, ticari və qeyri-ticari mal alışları, malların mədaxili ilə bağlı əməliyyatlarına və müvafiq işləri icra edən komandalara rəhbərlik
- Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
- Şirkətin ticari öhdəliklərinin zamanında və tam şəkildə tanınmasına, həmçinin ödənilməsinə nəzarət;
- Ticari və qeyri-ticari borcların üzləşmələrinin şirkətin prosedurlarına uyğun şəkildə aparılmasının təmin edilməsi;
- Kreditor borclar və onlara görə öhdəliklərin icra edilməsi ilə bağlı vergi əməliyyatlarının düzgün şəkildə həyata keçirilməsinə nəzarət;
- Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
- SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
- Komanda üzvləri ilə bilik və təcrübənin paylaşılması və onların peşəkar inkişafına dəstək olmaq;
- Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
- Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
- Orta səviyyədə rus dili biliyi (inglis dili biliyi üstünlükdür)
- Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
- Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
- Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
- SAP proqramında işləmək bacarığı üstünlükdür.
- ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
- Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Kreditorlar üzrə Şöbə müdiri” yazaraq göndərmələri xahiş olunur.