Veysəloğlu Şirkətlər Qrupu
Daxili Auditor
Son tarix 17 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Audit olunan müəssisə/proses haqqında ilkin məlumatları əldə etmək və təhlil etmək;
- Biznes prosesləri sənədlər və müsahibələrə əsasən sənədləşdirmək;
- Biznes proseslərdə təsvir olunan nəzarət sistemlərini yoxlamaq;
- Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək;
- Nəzarət sistemlərində olan boşluqların müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək;
- Audit testlərini həyata keçirmək və dəstəkləyici sənədləri yoxlamaq;
- Mühasibat yazılışlarının qəbul olunmuş standartlara uyğun aparılmasını yoxlamaq;
- Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək;
- Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək.
Ümumi tələblər:
- Ali iqtisadi təhsil;
- Pərakəndə satış və istehsalat sektorlarında 2 il maliyyə, mühasibatlıq, büdcə və hesabatlılıq, daxili və ya kənar audit təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Auditor” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu MMC
Avto sifariş mütəxəssisi
Son tarix 19 fev 2023 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Şəbəkə marketlər ilə qurulan EDİ inteqrasiya sistemini idarə etmək
- Müəyyən olunmuş Şəbəkə marketlərlə günlük qiymət üzləşmələri etmək
- İş axışı üçün müvafiq strukturlara əlaqənin təmin edilməsi və prosessin idarə edilməsi;
- Sistemlə bağlı mütamadi olaraq rəhbərliyə təkliflərin verilməsi
- Alınan sifarişləri incələmək, hər hansı maneə zamanı adekvat tədbirlər görmək
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Periodik olaraq hesabatlar hazırlamaq
Tələblər:
- Ali iqtisadi və ya marketinq təhsili
- Dəqiq və məsuliyyətli olmaq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- Marketinq sahəsində təcrübə arzuolunandır
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Avto sifariş üzrə Mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.