Veysəloğlu MMC
Təhlükəsizlik Bölməsinin Müdiri
Son tarix 07 noy 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Müəssisəyə aid bina, əmlak, avadanlıq, depo (anbar), mal-materialların təhlükəsizliyinin fasiləsiz təmin olunmasını təşkil etmək və nəzarətdə saxlamaq
- Buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etmək
- Mühafizə işçilərinin növbə cədvəlini təyin etmək, vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmaq
- Tabeliyində olan əməkdaşların geyim forması, maddi-texniki və digər vasitələrlə vaxtında təchiz olunmalarını və qaydalara düzgün əməl etmələrini təmin etmək
- Müşahidə kameraları vasitəsi ilə, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etmək
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- Təhlükəsizlik planlarını standartlara uyğun tərtib və təşkili etmək
- Daima işin təkmilləşdirilməsinə çalışmaq və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürmək
Vəzifə tələbləri:
- Hərbi və digər güc strukturları sahəsində təhsil
- Güc strukturlarında ən azı 5 il iş təcrübəsi
- Təhlükəsizlik sistemləri (kamera-nəzarət sistemi, buraxılış sistemləri, yanğın təhlükəsizliyi və siqnalizasiya) üzrə biliklər
- Fövqəladə hadisələrin idarəedilməsi sahəsində biliklər
- MS Office (Word, Excel, Power Point) kompüter proqramlarını yaxşı bilmək
- Avtomobil idarəetmə bacarığı və şəxsi avtomobilinin olması
- Fiziki cəhətdən sağlamlıq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik Bölmə Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Biznesə Nəzarət üzrə Şöbə Müdiri
Son tarix 07 noy 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- İllik maliyyə və əməliyyat büdcələrinin tərtibi və büdcənin icrasına nəzarət prosesinə rəhbərlik edilməsi
- Büdcə prosesinin modelləşdirilməsi, optimallaşdırılması
- Yeni biznes keyslərin şirkət fəaliyyətinə təsirinin təhlili
- EBİTDA maddələrinin optimallaşdırılması üzrə təklif və tədbirlər
- Gəlir mərkəzlərinin dövri mənfəətlilik hesabatlarının tərtibi, nəticələrin struktur rəhbərləri ilə müzakirəsi, təqdimatların keçirilməsi və sualların zamanında cavablandırılması
- Şirkətin partnyorlarına dövri mənfəətlilik hesabatlarının təqdim edilməsi və yaranan sualların cavablandırılmasının təmin edilməsi
- Biznes nəzarət mexanizmlərinin effektiv icra edilməsinə nəzarətin təmin edilməsi və həmin nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi
- Dövri marketinq xərc büdcələrinin təsdiqlənməsi və kənarlaşmaların aşkarlaranaq açıqlamaların əldə edilməsinin təmin edilməsi
- Dövriyyə kapitalı hesabatlarının hazırlanması və müvafiq strukturlara zamanlı şəkildə təqdim edilməsinin təmin olunması;
- Biznesdə mümkün optimizasiya imkanları ilə bağlı təhlillərin hazırlanması və təkliflərin verilməsi
- Biznesin gələcək fəaliyyətinə təsir göstərə biləcək əsas maliyyə riskləri ilə bağlı rəhbərliyə dövri məlumatların verilməsi
- Trendlərin, inkişaf imkanlarının və risklərin müəyyən edilməsi üçün dövri maliyyə hesabatlarının təhlili
- Həftəlik qərarvermə üçün istifadə edilən maliyyə və əməliyyat məlumatlarının dashboardlar üzrə tərtibi
Vəzifə tələbləri:
- Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil
- Müvafiq sahədə ən azı 5 il təcrübəyə malik olması
- Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı
- Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Tibbi sığorta
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznesə Nəzarət Şöbə Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.