Veysəloğlu Şirkətlər Qrupu
335
Direktor köməkçisi
Son tarix 09 sen 2022 [email protected]
İşin təsviri:
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
- Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
- Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
- İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
- Şirkətin direktorunun gündəliyinin hazırlanması.
Tələblər:
- Yüksək səviyyədə təqdimat bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı (xüsusilə Excel biliyi yüksək olanlara üstünlük verilir);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Azərbaycan və ingilis dili biliyi;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
Karyerasına bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Direktor köməkçisi” yazmaqla CV göndərə bilərlər.
Maliyyə və Biznesə Nəzarət Departamentinin Müdiri
Son tarix 09 sen 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasına, həmçinin mənfəət və zərər hesabatı, mənfəətlilik təhlillərinin aparılmasına nəzarət;
- Biznes vahidləri və mənfəət mərkəzləri üzrə dövri maliyyə nəticələrinin hazırlanmasını və təhlilini təmin etmək, hesabatların rəhbərliyə təqdimatında aktiv dəstək olmaq;
- Maliyyə planlaması, büdcə və proqnozların hazırlanması prosesinə nəzarət;
- İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
- Maliyyə və idarəetmə uçotunun təşkilininin düzgün qurulmasına nəzarəti təmin etmək;
- Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
- Biznesə nəzarət və maliyyə nəzarəti üzrə analitik təhlil aparılmasını və optimal həlllərin həyata keçirilməsini təmin etmək;
- SAP-də maliyyə və idarəetmə hesabatlılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və SAP komandası ilə bərabər onların icrasına nail olmaq;
- Əməliyyat və maliyyə hesabatlılığının effektivliyini və keyfiyyətini artırmaq məqsədilə proses və sistemlərin təkmilləşdirilməsinə dəstək olmaq;
- Kommersiya və satış funksiyaları ilə effektiv əlaqəni təmin etmək, həmçinin optimal maliyyə nəzarətini təmin etməklə biznes əməliyyatlarına dəstək olmaq;
- Daxili və kənar audit proseslərinə dəstəyi təmin etmək;
- Səhmdarlar və Müşahidə Şurası tərəfindən tələb edilən digər maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsini təmin etmək;
- Xarici və yerli banklara dövri hesabatların və banklar tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatların təqdim edilməsini təmin etmək;
Vəzifə tələbləri:
- Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
- Maliyyə və/və ya kənar audit sahəsində ən azı 5 il təcrübə;
- ACCA və ya analoji sertifikatların olması üstünlükdür;
- Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
- Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maliyyə və Biznesə Nəzarət Departament Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Veysəloğlu Şirkətlər Qrupu
543
Audit Menecer
Son tarix 08 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Audit planında nəzərdə tutulmuş əməliyyat və maliyyə auditlərinə rəhbərlik etmək, eyni zamanda iki və daha artıq layihəni idarə etmək;
- Biznes proseslər üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və aradan qaldırılmasına görə tətbiq olunmuş kontrol mexanizmlərinin effektivliyinin və səmərəliliyinin qiymətləndirilməsi üçün audit metodologiyasını müəyyən etmək;
- Audit yoxlamaları üçün əhatə dairəsini və audit planını müəyyən etmək;
- Müəyyən edilmiş audit planına uyğun olaraq audit metodologiyalarını seçmək və yoxlama istiqamətlərini müəyyənləşdirmək;
- Layihə ərzində audit komandası üzvlərinin işini yoxlamaq və problemli məsələlər üzrə istiqamət vermək;
- Audit işinin təyin olunmuş vaxt çərçivəsində yekunlaşmasına nəzarət etmək;
- Audit hesabatlarını hazırlamaq, birbaşa rəhbərə və audit olunan şirkət rəhbərliyinə təqdimat etmək;
- Aşkar olunmuş çatışmazlıqları aradan qaldırmaq üçün tövsiyyələr vermək;
- Audit nəticələrinin audit olunmuş obyektlər və subyektlər tərəfindən icrasının təqibi üçün monitorinqləri həyata keçirmək;
- Komanda üzvlərinin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçmək.
Ümumi tələblər:
- Mühasibatlıq və maliyyə üzrə bakalavr və ya magistr təhsili;
- Audit sahəsi üzrə minimum 4 il iş təcrübəsi;
- İFRS və beynəlxalq audit standardları üzrə biliklər;
- “ACCA”, “CİA” üzrə sertifikatlar;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (İngilis dili biliyi arzuolunandır);
- Ünsiyyət, vaxtın idarə edilməsi və təşkilati bacarıqlar.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Audit Menecer” yazmaqla, öz CV-lərini göndərə bilərlər.