Veysəloğlu Şirkətlər Qrupu
Smetaçı Mühəndis
Son tarix 01 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı;
- Yerli və beynəlxalq tender layihə sənədlərinin qiymətləndirilməsi;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
- Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Layihə çizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
- Tikinti materialları və inventarına nəzarət;
- Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi.
Namizədə dair tələblər:
- Mühəndislik/memarlıq ixtisası üzrə ali təhsil
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədlər barədə biliklər
- Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər
- Mülki, sənaye, yeraltı tikili və qurğular, elektrik, mexaniki işlər, havalandırma, ventilyasiya, meliorasiya işləri üzrə biliklər
- Kompüter bilikləri: Excel və AutoCAD üzrə biliklər.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Smetaçı Mühəndis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu MMC
Korporativ hüquq və müqavilələr üzrə hüquqşünas
Son tarix 01 sen 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Biznesin fəaliyyətinə təsir edə bilən normativ hüquqi aktların siyahısı, ixtisaslaşdırılmış hüquqi nəşrlərin təhlili ilə tanış olur və tələb olunduğu təqdirdə daha vacib normativ hüquqi aktların ümumiləşdirilmiş siyahısını hazırlayır.
- Hüquqi sənədlərin uçotunu aparır.
- Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq.
- Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digrər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək.
- Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq və şirkət daxilində müqavilə şində iştirak edən əməkdaşlar tərəfindən prosedur qaydalara əməl edilməsinə nəzarət etmək, maarifləndirmə işinin aparılmasını təmin etmək;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Müqavilə bağlanılmasına aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
Vəzifə tələbləri:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Müvafiq sahədə ən azı 3 il təcrübəyə malik olması;
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Korporativ hüquq və müqavilələr üzrə hüquqşünas” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.