İçkilər kateqoriyası üzrə departament müdiri
Son tarix 29 avq 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
İşin xülasəsi:
-
İçkilər kateqoriyası üzrə departament müdiri bu kateqoriyanın bütün kommersiya strategiyası və ona uyğun satış/marketinq fəaliyyətlərinin həyata keçirilməsindən məsul rəhbərdir.
Vəzifə funksiyaları:
-
İçkilər kateqoriyasının inkişafına təkan verəcək həmçinin kateqoriya üzrə bütün brendlərin inteqrasiyalı şəkildə kommersiya strategiyasını hazırlamaq
-
Kateqoriya üzrə brendlər arası illik kommersiya planını hazırlamaq
-
Yeni biznes imkanlarını və yeni kanalları müəyyənləşdirmək və onlara rəhbərlik etmək
-
Ticarət xərcləri və xidmət dəyəri baxımından prioritet kateqoriyaları təyin etmək
-
Əsas marketinq və kommersiya proseslərində kateqoriya və perspektiv üzrə alıcı anlayışını inkişaf etdirmək və kanallar üçün yeni satış konsepsiyasını hazırlamaq
-
Daxili və xaricdə kateqoriya eksperti kimi fəaliyyət göstərmək
-
Kateqoriyanın inkişafı üzrə menecerləri idarə etmək və inkişaf etdirmək
-
Strateji əhəmiyyət kəsb edən məhsulların (yeni məhsulların, kampaniyalı məhsulların) satış nöqtələri üzrə distribyusiyasının vaxtında və effektiv həyata keçirilməsini təmin etmək
Vəzifə tələbləri:
-
Ali təhsil
-
Satış və Marketinq sahələrində minimum 5 il iş təcrübəsi
-
İçkilər kateqoriyasını yaxşı anlamaq
-
Maliyyə rəqəmlərini oxuya və anlaya bilmək
-
Komanda idarəçiliyi üzrə iş təcrübəsi
-
Strateji düşüncə və planlaşdırma bacarığı
-
Konseptual düşünə bilmə
-
Danışıqlar aparma və koordinasiya bacarığı
-
Komandanın idarə edilməsi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İçkilər kateqoriyası üzrə departament müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır
Sənəd dövriyyəsi üzrə mütəxəssis
Son tarix 29 avq 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İşin xülasəsi:
-
Sənəd dövriyyəsinin təmin olunması.
Vəzifə funksiyaları:
-
Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
-
Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
-
Sənədlərin göndərilməsini təşkil etmək və icra müddətinə nəzarət etmək;
-
Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
-
Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
-
Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
-
Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
-
Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;
-
Zəruri sənədlərdə düzəlişlər aparmaq;
-
Korlanmış rəsmi blankların hesabatını aparmaq;
-
Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin, poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.
Vəzifə tələbləri:
-
Azərbaycan dilinin filologiyası üzrə ali təhsil
-
Azərbaycan dilində yüksək yazı bacarığı;
-
MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sənəd dövriyyəsi üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Ticari marketinq meneceri
Son tarix 28 avq 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Lokal və milli səviyyədə ATL və BTL kompaniyaların hazırlanması və həyata keçirilməsi
- Trade-Promotion fəaliyyət planın hazırlanması, idarə olunması və nəzarət
- İqtisadi cəhətdən analiz edə bilmə , effektivliyin ölçülməsi prosesinin həyata keçirilməsi
- Məhsulun qiymətləndirilməsi , yeni bir məhsulun bazara çıxarılması prosesində iştirak
- Kommersiya siyasətinin hazırlanmasında iştirak və yeni təkliflərin verilməsi
- Təqdimat, forum, konferensiya, sərgilərin təşkili və həyata keçirilməsi
- Məhsulun təşviqi strategiyasının hazırlanması və həyata keçirilməsi
- Reklam və SMM agentlikləri ilə işləmə, proseslərin idarə edilməsi
- Fəaliyyət planlarının hazırlanması və tətbiqinə nəzarətin həyata keçirilməsi
- İrəliləmə strategiyalarının hazırlanması və tətbiqinə nəzarətin həyata keçirilməsi
- Məhsulun qiymətləndirilməsi , yeni bir məhsulun bazara çıxarılmasında iştirak
- Tərəfdaşlar və müştərilərlə effektiv əlaqələrin yaradılması
Tələblər:
- 28 – 40 yaş həddi
- Ali təhsil (İqtisadiyyat,Marketinq,Kommersiya)
- FMCG sektorunda ən azı 3 il iş təcrübəsi
- Yüksək səviyyədə kompüter bilgiləri (MS Office, əsasən excel)
- Azərbaycan və Rus dili biliyi sərbəst, ingilis dili biliyi yüksək səviyyədə
- Sosial şəbəkələrin işləmə prinsipinə dair biliklər
- Azərbaycanın retail zəncirinə dair biliklər
- Yaradıcı, təşəbbüskar, analitik düşüncəli, iri həcmli məlumat bazasını təhlil etmək təcrübəsi,
- Yüksək səviyyədə problem həlletmə, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı
- Aktiv həyat pozisiyası, yüksək təşkilati bacarıqlar, dinamik xarakter
- Sistemli, kritik və analitik düşünmə qabiliyyəti
Təminatlar:
- İş qrafiki: 09:00-18:00 (5 günlük)
- Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq;
- Rabitə, nahar və yanacaq xərci şirkət tərəfindən qarşılanır;
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Ticari marketinq meneceri " qeyd edərək e-ünvanına göndərə bilərlər.
Texnoloq
Son tarix 28 avq 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Laboratoriya işlərini sınaq resepturaları ilə hazırlayaraq müntəzəm bir şəkildə qeydiyyatını aparmaq
- Araşdırma və İnkişaf qovluğunun güncəl olaraq arxivləşdirilməsi
- Fabrik test sınamaları üçün xammal şifarişinin açılması, test sonunda isə qalıqların təslimi ve experiment depodan silinməsini təmin etmək
- Maya resepti hazırlayaraq, maliyyə strukturu ile paylaşmaq ve rəhbərinin yoxlamasına təqdim etmək
- Dadım paneli işlərini aparmaq, hesabat hazırlayaraq rəhbərinə təqdim etmək, qovluğa yerləşdirmək və qeydiyyat nəzarəti dəftərinə nəticələri adı və tarixi göstəilməklə qeydiyyatını aparmaq
- Laboratoriya sınaqları əsnasında istifadə olunmuş qabları steril şəkildə yumaq və yerinə yerləşdirmək
- Hazırladığı laboratoriya nümunələrini nümunə otağında müvafiq yerə etiketləyərək və kodlaşdıraraq qoymaq
- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarətin həyata keçirilməsi
- Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək
- Aroma kataloqunun güncəllənməsi və aromaların istifadə müddətinə nəzarət, müddəti bitmiş məhsulların silinməsi
Bilik və bacarıqlar:
- Ali təhsil (Qida mühəndisliyi, Texnologiya, Kimya mühəndisliyi və s. sahələr üzrə )
- Müvafiq sahədə minumum bir il iş təcrübəsi
- Microsoft Office programlarından sərbəst istifadə
- İngilis və Rus dili biliyi arzu olunandır.
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti
- Məsuliyyətlilik, problem həll etmə, planlaşdırma və komandada işləmək bacarıqları
Təminatlar:
- İş qrafiki: 09:00-18:00 (5 günlük)
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək;
- Şirkət tərəfindən yemək və servis təminatı mövcuddur;
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Texnoloq " qeyd edərək e-ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 28.08.2022