Veysəloğlu Şirkətlər Qrupu
CCTV Operator
Son tarix 29 iyl 2022 - [email protected]
İşin təsviri: Nəzarət kameraları vasitəsilə obyektlərdəki təhlükəsizliyin prosedurlara uyğun təmin olunmasını izləmək.
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- MS Office (Word, Excel, Outlook) biliyi;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Operativlik və diqqətlilik.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “CCTV Operator” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu
Araşdırma və Təhlil üzrə Mütəxəssis
Son tarix 29 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Risk dəyərləndirilməsi üzrə analizlər aparmaq;
- Bütün növ korrupsiya, dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodlar işləyib hazırlamaq;
- Dələduzluq və fırıldaqçılıq faktları ilə bağlı ziyan məbləğlərinin geri qaytarılması və müvafiq təşkilati-hüquqi tədbirlərin görülməsi məqsədilə rəhbərliklə razılaşdırılmış şəkildə zəruri sənəd toplusunu hazırlamaq;
- Fraud faktları ilə bağlı məlumatların statistikasını aparmaq, qiymətləndirmək, təhlil etmək, antifraud tədbirləri barədə hesabat hazırlamaq və saxtakarlıq səviyyəsinin azaldılması üçün yeni layihə və təklifləri üst rəhbərə təqdim etmək.
Ümumi tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə, xüsusilə risklərin idarəedilməsi sahəsi üzrə iş təcrübəsi;
- Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;
- MS Excel biliyi arzuolunandır;
- Dəqiqlilik, detallara fikir vermə qabiliyyəti;
- Yüksək analitik təhlil və problemləri həll etmə bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “ATM” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu
Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis
Son tarix 29 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən daxil olan fraud məlumatlarını qiymətləndirmək, analiz etmək və təyinatına uyğun tədbirlər görmək;
- Daxil olan korrupsiya və dələduzluq faktları ilə bağlı (və ya şübhəli hallar yarandıqda), rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqat apararaq mənimsənilmiş və vurulmuş ziyan məbləğlərinin geri qaytarılması proseslərini icra etmək;
- Aşkar olunan fraud və dələduzluq halları ilə bağlı rəhbərliyə hesabatlar təqdim etmək.
Ümumi tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə, xüsusilə risklərin idarəedilməsi sahəsi üzrə iş təcrübəsi;
- Risklərin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktiki biliklər;
- Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;
- Dəqiqlilik, detallara fikir vermə, analitik təhlil qabiliyyəti.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “FDQMM” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu
Daxili Auditor
Son tarix 28 iyl 2022 - [email protected]
Ümumi tələblər:
- Ali iqtisadi təhsil;
- Pərakəndə satış və istehsalat sektorlarında maliyyə, mühasibatlıq, büdcə və hesabatlılıq, daxili və ya kənar audit təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (“Power BI” bilikləri üstünlükdür);
- “Certified Internal Auditor (CIA)” və ya “ACCA” üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Auditor” yazmaqla, öz CV-lərini göndərə bilərlər.