Maliyyəçi-Analitik
Son tarix 25 iyn 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.
Vəzifə öhdəlikləri:
-
İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
-
Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
-
Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
-
İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
-
Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək
Tələblər:
-
Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
-
Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
-
Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
-
Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
-
Analitik və strateji baxış bacarıqları;
-
Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
-
Yüksək səviyyəli analitik bacarıqlar;
-
Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
-
MS Office kompüter proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə.
-
Endirimli tibbi xidmət
-
Əmək müqaviləsi
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyəçi-Analitik” yazaraq CV göndərməklə müraciət edilir.
Merçendayzer
Son tarix 25 iyn 2022 - [email protected]
Veysəloğlu MMC-nin İçkilər üzrə Biznes inkişafı departamentinin energetik içki şirkətinə(Redbull) merçendayzer tələb olunur.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
Yaş həddi: 20-35 yaş
Vəzifə öhdəlikləri:
-
Təyin olunmuş marketlərdə vitrinlərə nəzarət edilməsi;
-
İstifadə müddətinin bitməsinə az qalmış məhsulları vitrindən yığışdırılması;
-
Gündəlik olaraq gördüyü işlər haqda hesabatların təqdim olunması;
-
Rəhbərlik tərəfindən verilən tapşırıqları tam və vaxtında icra etmək.
Tələblər:
-
Komandada işləmək bacarığı;
-
Xoş görkəmə malik olmaq;
-
Nizam-intizamlı olmaq.
İş qrafiki: 5 günlük
Əmək haqqı: 500-700 azn
Təminatlar:
-
Nəqliyyat və rabitə xərci
Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Merçendayzer” yazıb göndərməklə dolduraraq müraciət edilir.
Vergi uçotu üzrə aparıcı mütəxəssis
Son tarix 25 iyn 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35
İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.
Vəzifə öhdəlikləri:
-
Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
-
Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
-
Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
-
Mənfəət və zərər hesabatının tərtib edilməsi;
-
Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
-
Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
-
Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
-
Debitorlar üzrə qalıqların yoxlanılması;
-
Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
-
Proqnoz balansının hazırlanması;
-
Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
-
Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
Tələblər:
-
Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
-
Komanda ilə işləmə bacarığının olması;
-
ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
-
Logo Unity proqram biliyinin olması arzu olunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Vergi uçotu üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.
Daxili Auditor
Son tarix 25 iyn 2022 - [email protected]
Ümumi tələblər:
-
Ali iqtisadi təhsil;
-
Pərakəndə satış və istehsalat sektorlarında maliyyə, mühasibatlıq, büdcə və hesabatlılıq, daxili və ya kənar audit təcrübəsi;
-
Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
-
Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
-
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
-
Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (“Power BI” bilikləri üstünlükdür);
-
“Certified Internal Auditor (CIA)” və ya “ACCA” üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Auditor” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Hesablaşmalar üzrə mühasib
Son tarix 25 iyn 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il
Təhsil: Ali iqtisadi təhsil
Vəzifə öhdəlikləri:
- Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı;
- Vergi və muhasibat uçotunun aparılması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Kassa və Bank əməliyyatlarının icrasınin təşkil edilməsi, uçotunun aparılması;
- Debitor və kreditor hesablaşmaların aparılması.
Tələblər:
- Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Mühasibatlıq və Vergi bilikləri;
- Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür
- Yaş həddi: 28-35;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hesablaşmalar üzrə mühasib” yazıb CV göndərməklə müraciət edilir.