Mühasibatlıq şöbəsinin müdiri
Son tarix 04 iyn 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarətin təmini.
Vəzifə öhdəlikləri:
-
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
-
Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
-
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları tərtib etmək və nəzarətini təmin etmək;
-
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
-
Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etmək;
-
Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
-
Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
-
Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
-
Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək.
Tələblər:
-
Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
-
ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
-
Logo Unity proqram biliyinin olması arzu olunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasibatlıq şöbə müdiri” yazıb CV göndərməklə müraciət edilir.
Regional satış müdiri
Son tarix 04 iyn 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
Təhsil: Ali (Biznesin İdaredilməsi,Marketinq və ya İqtisad yönümlü).
Vəzifə öhdəlikləri:
-
Günlük satış analizini kateqoriya bazında araşdırmaq ,Satış hesabatlarını kontrol və analiz etmək;
-
Satış müdirlərinin və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək;
-
Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət etmək;
-
Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət etmək,mütəmadi ezamiyyətə getmək;
-
Ərazidəki potensiallı müştərilərin satışına mütəmadi olaraq nəzarət etmək və satışın artırılması istiqamətində təkliflər vermək;
-
Hər ayın əvvəli keçən ayın satış müdiri və satış təmsilçi bazında (rayon üzrə sub kateqoriya satışlar və nöqtə sayı) hesabatları təqdim etmək;
-
Rəhbərlik tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələrin icra edilməsi
Tələblər:
-
Satış sahəsi üzrə rəhbər kimi ən azı 3 il təcrübə;
-
Analitik düşünmə və problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
-
Yüksək səviyyədə ünsiyyət qurma və təqdimat bacarığı;
-
Təşəbbüskarlıq,mükəmməl mentorluq,kouçinq,komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
-
Microsoft Office (Excel) komputer proqramından sərbəst istifadə etmək bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə
İş qrafiki: 5 gün 09:00-dan 18:00-dək
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “regional satış müdiri” yazmaqla müraciət edilir.