Veysəloğlu MMC
İR üzrə mütəxəssis
Son tarix 08 may 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Müxtəlif inkişaf təşəbbüslərinin, fəaliyyət planlarının, proqramların və təlim materiallarının hazırlanması və icrası;
- Fəaliyyətlərin biznes məqsədlərinə uyğunlaşdırılması və səmərəliliyin artırılması üçün bölmələrin restrukturizasiyası təşəbbüslərində iştirak etmək;
- Funksional bölmələr və idarələrarası əməkdaşlığı artırmaqla kadrlardan istifadənin optimallaşdırılması;
- Əməkdaşlarla müsahibələrin təşkili və bacarıqlarının inkişafı istiqamətində müvafiq təşəbbüslərin həyata keçirilməsi;
- Təşkilati strukturların müvafiq proqram təminatında tərtibatının aparılmasını, yenilənmiş tərtibatların təyin edilmiş qovluqda mütəmadi olaraq yerləşdirilməsini təmin etmək;
- İR funksiyaları üzrə siyasətlərin, prosedurların, şirkət strukturlarının əsasnaməsinin, vəzifə təlimatlarının hazırlanmasını prosesini həyata keçirmək;
- Biznesin optimallaşdırılması məqsədilə əməkdaşlar üçün fərdi və ya qrup şəklində təlimlərin təşkili
Vəzifə tələbləri:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan və İngilis dil bilikləri
- Yüksək səviyyədə MS Office biliyi
- Güclü analitik və problem həll etmə bacarığı
- Cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İR mütəxəssis” yazmaqla göndərməyinizi xahiş edirik.
Veysəloğlu MMC
İR üzrə aparıcı mütəxəssis
Son tarix 08 may 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- İnsan resurslarının planlaşdırılmasını həyata keçirməsi;
- İşçi ehtiyaclarının araşdırılması və təsdiqi prosesində iştirak;
- Həllər, proqramlar və siyasətlər formalaşdırmaq üçün İR bölməsi ilə tərəfdaşlıq şəraitində tendensiyaların və göstəricilərinin təhlili;
- İşə qəbul və yerləşdirmə işinin təşkili (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi);
- Performans dəyərləndirmə sisteminin qurulması və tətbiqi;
- Səriştəlilik modelinin hazırlanması və tətbiqi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirakı.
Vəzifə tələbləri:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Performansın idarəedilməsi sahəsində biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Operativlik və komanda ilə işləmək bacarığı
- Yüksək səviyyədə kommunikasiya bacarığı (şifahi və yazılı)
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.
- Azərbaycan və İngilis dil bilikləri
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İnsan Resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Veysəloğlu MMC
Ticari marketinq şöbə müdiri
Son tarix 08 may 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
Təhsil: Ali (Marketinq,Biznes,İqtisadiyyat yönümlü)
İşin Təsviri: Bölmələr üçün iş və büdcə planlaşdırmasını idarə etmək,Bölmə strategiyalarının Sahəyə və Satış Komandalarına tədbiq etmək.
Vəzifə öhdəlikləri:
- Satış əsas məqsədlərini və ehtiyac duyulan fondları şirkət daxilində müəyyənləşdirmək və uyğunlaşdırmaq;
- Digər şöbələrlə birlikdə Satış Yanaşma strukturuna və Satış hədəflərinə kateqoriya və markaya görə doğru və tam planlar hazırlamaq;
- Tanıtım planlarının promosyon qaydaları daxilində olmasını təmin etmək;
- Yeni təşəbbüslərin uğurlu olmasını təmin etmək üçün satış planlarını və konsepsiyalarını hazırlamaq.;
- Proqnozlaşdırma prosesinə töhfə vermək, Tələbat idarəetmə qrupu ilə sıx əməkdaşlıq etmək;
- Marka rəqabət üstünlüyünü qorumaq üçün lazım olan plan və ya konsepsiya satışının inkişafına rəhbərlik etmək;
- Kanıtlanmış uğur modellərini analiz edib və yenidən tətbiq etmək;
- Sistemi / alətlərini və məlumatların mövcudluğunu təmin etmək;
- Nəticələri izləmək və lazım olduqda düzəldici tədbirləri görmək.
Tələblər:
- FMCG sektorunda 3-5 illik təcrübəyə sahib olmaq.;
- Yüksək problem həll etmə bacarığı və stressə dözümlülük;
- Yüksək liderlik qabiliyyətlərinə sahib olmaq;
- Güclü ünsiyyət qurma bacarıqlarına sahib olmaq
- Səlis Rus və İngilis dili biliyi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Ticari marketinq şöbə müdiri” yazmaqla müraciət edilir.
Veysəloğlu MMC
Telefon operatoru
Son tarix 08 may 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Cinsi: Qadın
Vəzifə funksiyaları:
- Daxil olan bütün telefon zənglərinə cavab vermək və şirkət əməkdaşlarına operativ şəkildə rabitə xidməti göstərmək;
- Qaynar xəttə zəng edən müştərilərin qeydiyyatını aparmaq və bu barədə adiyyəti bölməyə (baxılması üçün) məlumat ötürmək;
- Gələn qonaqları uyğun bölmələrə istiqamətləndirmək və suallarını nəzakətlə cavablandırmaq;
- Şirkətin ümumi (e-mail və faks) ünvanına daxil olan müraciət, təklif və s. məlumatların adiyyəti üzrə çatdırılmasını təmin etmək.
Vəzifə tələbləri:
- Ali təhsil
- Azərbaycan və ingilis dili bilikləri
- Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - Telefon operatoru yazmaqla müraciət edilir.
Veysəloğlu Şirkətlər Qrupu
Sistem və Şəbəkə Təhlükəsizliyi İnzibatçısı
Son tarix 08 may 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Şəbəkə, sistem, təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar;
- NGF, CCSP, CCNA, CompTIA Security+ bilikləri və tətbiq etmə qabiliyyəti.
- Yüksək səviyyədə Azərbaycan və ingilis dili diliyi;
- Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığını həyata keçirmək;
- Sistem və şəbəkə təhlükəsizliyi sazlamalarını həyata keçirmək;
- Fayrvol avadanlıqlarında icazələrin verilməsini təmin etmək;
- Fayrvol və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin etmək və loqlama mexanizmlərini konfiqurasiya etmək;
- Şirkətin layihələrində kibertəhlükəsizlik nəzarətlərinin və tələblərinin formalaşmasında iştirak etmək.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem və Şəbəkə Təhlükəsizliyi İnzibatçısı” yazmaqla, öz CV-lərini göndərə bilərlər.