CCTV Operator
Son tarix 16 apr 2022 - [email protected]
İşin təsviri: Nəzarət kameraları vasitəsilə obyektlərdəki təhlükəsizliyin prosedurlara uyğun təmin olunmasını izləmək.
Tələblər:
-
Müvafiq sahədə iş təcrübəsi;
-
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
-
MS Office (Word, Excel, Outlook) biliyi;
-
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-
Operativlik və diqqətlilik.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “CCTV Operator” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Mexanik
Son tarix 15 apr 2022 - [email protected]
Tələblər:
-
Mexanika sahəsi üzrə ali təhsil;
-
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
-
MS Office proqramlarından istifadə etmə bacarığı;
-
Hesbaat hazırlama bacarığı.
Əsas vəzifə öhdəlikləri:
-
Qazanxana və su arıtma sistemlərinə aid olan bütün avadanlıq və köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktik baxışı və təmiri həyata keçirmək;
-
Mühərrik və nasosların fasilisəsiz işlərinin təmin olunması üçün periodik baxışları və təmir planını həyata keçirmək;
-
Generatorlara periodik baxış və təmir planını həyata keçirmək;
-
Kompleksdə olan ventilyasiya istilik – soyutma (HVAC, AHU, Chiller, AC, FCU), yanğın, hidrant, drenaj,kanalizasiya, su təchizatı və təzyiqli hava sistemlərinə aid avadanlıqlarına profilaktik baxışın və təmirin həyata keçirilməsi və tam keyfiyyətlə işlənməsini təmin etmək;
-
İşlək vəziyyətdə olan sistem və avadanlıqlarda yarana biləcək anormal istilik, səs, qaçaq, sarsıntı və s. əlamətlər aşkar edildiyi zaman lazımlı əməliyyatlar edilərək vəziyyətə müdaxilə etmək və operativ olaraq normal iş şərtlərinə keçilməsini təmin etmək;
-
Avtomatik/elektron jalyüz qapıların periodik baxış və təmir işlərini həyata keçirmək;
-
Görülən bütün işlərin qeydiyyatını aparmaq;
-
Görüləcək təmir və yoxlama işlərini şirkətin mövcud SƏTƏM qaydaları çərçivəsində icra etmək.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Mexanik” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Texniki qulluq, havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis
Son tarix 15 apr 2022 - [email protected]
Tələblər:
-
Havalandırma, isitmə və soyutma sistemləri mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
-
Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
-
İstimə, soyutma və havalandırma sistemləri üzrə qabaqcıl biliklər;
-
Sistem sxemlərini oxuma bacarığı;
-
Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
-
Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
-
Yaxşı ünsiyyət və təlim bacarıqları;
-
İngilis dili biliyi;
-
MS Office proqramlarından istifadə bacarığı;
-
Hesabat hazırlama və analiz etmə bacarığı.
Əsas vəzifə öhdəlikləri:
-
Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
-
Tabeliyində olan texniki heyətin gündəlik işini planlaşdırmaq və nəzarət etmək;
-
Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi, avadanlıqlarda texniki xidmətin aparılması və daima saz vəziyyətdə saxlanılmasını təmin etmək;
-
Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;
-
Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
-
Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
-
Nasazlıqlar və ya da dayanma halında dərhal müdaxilə etmək və bu müddəti mümkün qədər qısaltmaq;
-
Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
-
Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
-
Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
-
Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
-
Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
-
Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Texniki qulluq, havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis” yazmaqla, öz CV-ni göndərə bilərlər.