Anbardar
Son tarix 09 mar 2022 - [email protected]
İş yeri: Bakı
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Anbar qalıqlarının izlənilməsi, tiger stoklarının çəkilməsi, anbar qalıqlarının üzləşdirilməsi, yaranan fərqlərin və neqativ stokun aradan qaldırılması.
Vəzifə öhdəlikləri:
-
Yoxlanma zamanı sənədlərdə yaranmış problemlərin həll edilməsini təmin etmək;
-
Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
-
Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
-
Mağazalar tərəfindən işlənilən yanlış əməliyyatların mağazalara bildirilərək aradan qaldırılmasını təmin etmək;
-
İnventarizasiya şöbəsinin müştərək şirkətlərin mağazalarında keçirdiyi sayım zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
-
Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Tələblər:
-
Zamanı idarə etmək bacarığı;
-
Komandada işləmək bacarığı;
-
Diqqətli və ünsiyətcil olmaq;
-
MS Office (excel əla səviyyədə).
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
-
Nahar ilə təmin edilmə.
-
İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Anbardar” yazaraq CV göndərməklə müraciət edilir.
Satış meneceri
Son tarix 09 mar 2022 - [email protected]
Təhsil: Ali təhsil
Yaş həddi: 25-35
Vəzifə öhdəlikləri:
-
Şirkətin məhsulları üçün potensial bazarları müəyyənləşdirmək məqsədilə sorğular keçirmək;
-
Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək;
-
Satış proqnozları və strateji planlaşdırmadan istifadə edərək məhsulların rentabelliyi və satışını müəyyənləşdirmək, biznesin inkişafını analiz etmək və bazar tendensiyalarının monitorinqini aparmaq;
-
Satış müdiri ile birliktə rüblük satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət proqramı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
-
Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
-
Müştərilərin məlumat bazasının dəqiqlik və mükəmməllik üçün satış proqramlarının monitorinqini təmin etmək.
Tələblər:
-
Müştəri bazasının olması;
-
Satış sahəsində iş təcrübəsinin olması (Parfümeriya və kosmetika sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
-
Liderlik qabiliyyəti;
-
Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
-
MS Office (excel əla səviyyədə);
-
Rus dili biliyinin yüksək səviyyədə olması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş qrafiki: 5 günlük, 09:00 - 18:00
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə “Satış meneceri” yazmaqla müraciət edilir.
Kadr inzibatçılığı üzrə aparıcı mütəxəssis
Son tarix 09 mar 2022 - [email protected]
İş yeri: Bakı
Vəzifə funksiyaları:
-
Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad edilməsi və digər kadr-uçot işlərinin aparılması
-
İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq
-
Məzuniyyət, ezamiyyət, xəstəlik prosesinin idarəedilməsini həyata keçirmək
-
Əmək qanunvericiliyi ilə bağlı hesabatlarının hazırlanmasını təmin etmək
-
Əmək müfəttişliyi və ya digər orqanlara məktubların yazılmasını təmin etmək
-
Elektron Hökümət Portalında müvafiq qeydlərin aparılmasını icra etmək
-
Əmək kitabçalarına müvafiq qeydlərin aparılmasını icra etmək
Vəzifə üzrə tələb olunan göstəricilər:
-
Müvafiq sahə üzrə minimal iş təcrübəsi: 3 il
-
Təhsil dərəcəsi: Bakalavriat
-
Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə)
-
Əmək haqqı: Razılaşma yolu ilə
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
-
Nahar ilə təmin edilmə.
-
İş qrafiki: 5 günlük, 09:00-18:00
Uyğun olan namizədlər CV-lərini mövzu(subject) hissəsində “Kadr inzibatçılığı üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Maliyyəçi-Analitik
Son tarix 09 mar 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.
Vəzifə öhdəlikləri:
-
İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
-
Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
-
Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
-
İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
-
Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək
Tələblər:
-
Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
-
Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
-
Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
-
Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
-
Analitik və strateji baxış bacarıqları;
-
Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
-
Yüksək səviyyəli analitik bacarıqlar;
-
Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
-
MS Office kompüter proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə.
-
Endirimli tibbi xidmət
-
Əmək müqaviləsi
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyəçi-Analitik” yazaraq CV göndərməklə müraciət edilir.
İR biznes analitik
Son tarix 09 mar 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
Təhsil: Ali (İnsan Resursları, İqtisadiyyat və ya idarəetmə ixtisasları arzuolunandır)
Vəzifə funksiyaları:
-
İş yükü analizi, iş analizlərini aparmaq və işçi say normalarını, vəzifə funksiyaları üzrə iş standartlarını (fəaliyyət addımlarının icra müddətini) müəyyən etmək;
-
Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurulmasını koordinasiya və təmin etmək;
-
Vəzifə funksiyalarının effektivliyini və səmərəliliyini ölçən performans göstəricilərini (KPIs) müəyyən etmək;
-
Kritik vəzifələrin və əməkdaşların davamçıları üçün sistemli yanaşma hazırlamaq və prosesin işləyişini koordinasiya və təmin etmək;
-
Rəhbər, mütəxəssis və ekspert heyəti üçün talant hovuzunun yaradılmasını təmin etmək;
-
Təşkilati strukturların müvafiq proqram təminatında tərtibatının aparılmasını, yenilənmiş tərtibatların təyin edilmiş qovluqda mütəmadi olaraq yerləşdirilməsini təmin etmək;
-
İR funksiyaları üzrə siyasətlərin, prosedurların, şirkət strukturlarının əsasnaməsinin,vəzifə təlimatlarının hazırlanmasını prosesini həyata keçirmək;
-
İllik işçi bağlılıq və məmnuniyyət sorğularını keçirmək.
Tələblər:
-
Əməkhaqqıda bonus sistemlərinin qurulması və imtiyazlar sahəsində biliklər;
-
İş və iş yükü analizləri sahəsində təcrübə;
-
Performansın idarəedilməsi sahəsində biliklər;
-
İş dəyərləndirilməsi sahəsində biliklər;
-
İnsan resurslarının planlaşdırılması sahəsində biliklər
-
Prosedur, təlimat, əsasnamələrin tərtibi və hesabatların hazırlanması sahəsində biliklər;
-
Yüksək səviyyədə MS Excel biliyi
-
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İR biznes analitik” yazmaqla müraciət edilir.