Ticari marketinq şöbə müdiri
Son tarix 17 fev 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
Təhsil: Ali (Marketinq,Biznes,İqtisadiyyat yönümlü)
İşin Təsviri: Bölmələr üçün iş və büdcə planlaşdırmasını idarə etmək,Bölmə strategiyalarının Sahəyə və Satış Komandalarına tədbiq etmək.
Vəzifə öhdəlikləri:
-
Satış əsas məqsədlərini və ehtiyac duyulan fondları şirkət daxilində müəyyənləşdirmək və uyğunlaşdırmaq;
-
Digər şöbələrlə birlikdə Satış Yanaşma strukturuna və Satış hədəflərinə kateqoriya və markaya görə doğru və tam planlar hazırlamaq;
-
Tanıtım planlarının promosyon qaydaları daxilində olmasını təmin etmək;
-
Yeni təşəbbüslərin uğurlu olmasını təmin etmək üçün satış planlarını və konsepsiyalarını hazırlamaq.;
-
Proqnozlaşdırma prosesinə töhfə vermək, Tələbat idarəetmə qrupu ilə sıx əməkdaşlıq etmək;
-
Marka rəqabət üstünlüyünü qorumaq üçün lazım olan plan və ya konsepsiya satışının inkişafına rəhbərlik etmək;
-
Kanıtlanmış uğur modellərini analiz edib və yenidən tətbiq etmək;
-
Sistemi / alətlərini və məlumatların mövcudluğunu təmin etmək;
-
Nəticələri izləmək və lazım olduqda düzəldici tədbirləri görmək.
Tələblər:
-
FMCG sektorunda 3-5 illik təcrübəyə sahib olmaq.;
-
Yüksək problem həll etmə bacarığı və stressə dözümlülük;
-
Yüksək liderlik qabiliyyətlərinə sahib olmaq;
-
Güclü ünsiyyət qurma bacarıqlarına sahib olmaq
-
Səlis Rus və İngilis dili biliyi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Ticari marketinq şöbə müdiri” yazmaqla müraciət edilir.
Satınalma üzrə mütəxəssis
Son tarix 17 fev 2022 - [email protected]
İş məlumatları:
-
Qida sahəsi üzrə xammal və köməkçi material, avadanlıqların daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq
-
Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək
-
Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq
-
Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
-
Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
-
Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
-
Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
-
Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
-
Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
-
Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
-
Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq
-
Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək
-
Tədarükçü firmalardan yükləmə sənədlərini alaraq gigiyenik, idxal, baytarlıq və s. sertifikatların alınması üçün Keyfiyyətin İdarə Olunması struktruna təqdim etmək
-
Yükləmə sənədlərini tədarükçüdən aldıqdan sonra yoxlamaq, gömrükləmə üçün nəzərdə tutulmuş qovluqda yerləşdirmək
-
Mədaxil aktını hazırlamaq və anbara göndərmək, malların miqdar, çeşid, keyfiyyət və digər xüsusiyyətlərində hər hansı çatışmazlıq aşkar olunarsa rəhbərinə məlumat vermək və müqavilədə müəyyən edilmiş qaydalara əsasən müvafiq addımlar atmaq
-
Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil etmək
-
Xarici bazarlarda yeni mallar üzrə araşdırmalar aparmaq, satınalmalar üzrə daha səmərəli təkliflər hazırlayaraq rəhbərinə təqdim etmək
-
Alternativ tədarükçülərin siyahısını daim işlənmiş və yenilənmiş vəziyyətdə saxlamaq
-
Fəaliyyəti üzrə arxivləşdirməni təşkil etmək
Tələblər:
-
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
-
Yaş : 25 - 35
-
Ali təhsil;
-
Analoji sahə üzrə minimum 3 illik iş təcrübəsi;
-
MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
-
İngilis və rus dili bilikləri
-
Bazarı təhlil etmək bacarığı
-
Danışıqların aparılması bacarığı
-
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
-
Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
İş şəraiti:
-
İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
-
Nahar şirkət tərəfindən təmin olunur;
-
Servis xidməti mövcuddur;
-
Əmək haqqı: müsahibə əsasında
-
İş qrafiki: 5 günlük, 09:00-18:00
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Satınalma üzrə mütəxəssis" qeyd edərək e-ünvanına göndərə bilərlər.
İxracat meneceri
Son tarix 17 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
İstehsal edilən məhsulların ixracat satış mexanizminin hazırlanması və satışın təşkil olunmasını təmin etmək
-
Müəssisənin satış strategiyasına uyğun olaraq daxili və xarici bazarları araşdırılmasını təmin etmək
-
Satışın stimulllaşdırılmasının fəaliyyət strategiyasını hazırlanmasını təmin etmək
-
İxrac sənədləşmə proseslərinin təşkil edilməsini təmin etmək
-
Fəaliyyəti ilə bağlı aylıq və illik hesabatlar verir
-
Müəssisənin istehsal etdiyi məhsullara müştərilərin tələbatlarının araşdırılması və müştəri ilə sifarişin razılaşdırılmasını təmin edir
-
Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb olunmasını təmin edir
-
Satış sərgilərində, yeni mal nümunələrinin və modellərinin nümayiş etdirilməsində, alıcı konfraslarında və malların satışının genişləndirilməsinə yönəldilən digər tədbirlərdə iştirak etməyini təmin edir.
-
Tələbin və bazarın konyukturasının öyrənilməsini, sifarişlərin qəbulunun təşkil edilməsi və sənədləşmə işlərinin aparılmasında iştirak etməsini təmin edir
-
Plana uyğun olaraq qənnadı məhsullarının xarici ölkələrə satışının həyata keçirilməsinin təmin edilməsi
-
Müştərinin bazasının qorunub saxlanılmasının təmin olunması
-
Mütəmadi olaraq yeni müştərilərin axtarılması və onlarla əlaqələrin qurulmasının təmin olunması
-
Satış hesabatlarının təqdim edilməsi, statistikanın və satış dinamikasının aparılması
-
İxrac edilən məhsullarla bağlı mənşə sertifikatlarının alınmasının təmin olunması
-
Məhsullar haqqında maraq formalaşdırılmasının təmin etmək
-
Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini təmin etmək
-
Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq edilməsini təmin edir
-
Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasını təmin edir
-
Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
-
Ali təhsil
-
Xarici dil bilikləri (ingilis dili, rus dili -sərbəst)
-
İş təcrübəsi : 3 ildən çox
İş şəraiti:
-
İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
-
Nahar şirkət tərəfindən təmin olunur;
-
Servis xidməti mövcuddur;
-
Əmək haqqı: müsahibə əsasında
-
İş qrafiki: 5 günlük, 09:00-18:00
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "İxracat meneceri" qeyd edərək e-ünvanına göndərə bilərlər.
Marketinq menecer
Son tarix 17 fev 2022 - [email protected]
İş məlumatları:
-
Həm marka, həm müştəri gözləntilərini qarşılamaq üçün düzgün strategiyanın tətbiq olunmasını təmin etmək üçün ticari marketinq təşəbbüsləri
-
Marka varlığını, bazar payını və müştəri məmnuniyyətini artırmaq üçün lazım olan Satış Nöqtələrini müəyyənləşdirib inkişaf etdirmək
-
Həm Ticarət, Əməliyyat və Marketinq qrupu ilə işləyən fəaliyyətlərin ticarət təqvimini yaratmaq
-
Effektivliyi ölçmək üçün TM proqramlarını və fəaliyyətlərini izləyib qiymətləndirmək və lazım olduqda təkmilləşdirmələri tövsiyə etmək
-
Satışları və marka kateqoriya mövcudluğunu artırmaq üçün hazırlanmış ticarət və marketinq qrupları olan pərakəndə satıcılar üçün Ticarət Marketinq proqramlarını həyata keçirmək və izləmək
-
Şirkətin kommersiya siyasətinə, pərakəndə satıcılarla şirkət strategiyasına və marka kapitalına hörmət edərək xüsusi Ticarət Marketinqi proqramları həyata keçirmək
-
Ticarət marketinq strategiyalarının marketinq məqsədləri və satış gəlirləri hədəfləri ilə uyğunlaşdırılmasını təmin etmək üçün kommersiya, əməliyyat və marketinq qrupu ilə yaxından işləmək
-
Nəticələrə görə marka satışını kanallar üzrə təhlil etmək və nəticələri artırmaq üçün tövsiyələr vermək
-
Xüsusi Ticarət Marketinq fəaliyyətləri üçün büdcə hazırlamaq
-
İllik Ticarət planının hazırlanmasında və icrasında Marketinq, Kommersiya və Əməliyyatların uyğunlaşdırılmasından, rüblük olaraq iş məqsədlərinə uyğun olaraq çatdırılmasını təmin etmək
-
Promosiyaların icrasını və əvvəlcədən/sonrakı təhlilini idarə etmək və ticarət investisiyalarının effektivliyini artırmaq üçün ən yaxşı təcrübə tövsiyələrini hazırlamaq
-
İş planlaması və strateji planlaşdırma prosesinə rəhbərlik etmək
Tələblər:
-
Təhsil : Ali
-
İş təcrübəsi : 2 ildən çox
-
Yaş : 25 - 35
-
Yüksək səviyyədə kompüter bilgiləri
-
Yüksək dil bilikləri
Şəxsi keyfiyyətlər:
-
Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
-
Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
-
Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
-
yüksək karyera imkanları.
Satış mütəxəssisi
Son tarix 17 fev 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
Təhsil: Ali (İqtisadiyyat yönümlü)
İşin Təsviri: Satış əməliyyatlarının həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
-
Həftəlik rəf qiymətlərinin araşdırılması və rəhbərliyə hesabat verilməsi;
-
Müştəri və satış kanallarına görə satış təkliflərinin sistemə işlənilməsi;
-
Satışla bağlı hesabatların hazırlanması;
-
SKU,ALT kateqoriya bazında hesabatların hazırlanması;
-
Xidməti məktublar və sənədlərin hazırlanıb təqib olunması;
-
Tanıtım və sertifikatlaşma üçün nümunələrin hazırlanması,təhvil verilməsi
Tələblər:
-
Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar;
-
Güclü ünsiyyət qurma bacarıqlarına sahib olmaq
-
Səlis Rus dili biliy
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış mütəxəssisi” yazmaqla müraciət edilir.