Marka meneceri (Təmizlik və gigiyena vasitələri üzrə)
Son tarix 04 dek 2021
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 2-5 il iş təcrübəsi
Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü)
İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.
Vəzifə öhdəlikləri:
-
Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
-
Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
-
Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
-
İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
-
Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
-
Bazarda məhsulun yayımını izləmək;
-
Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
-
Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
-
Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
-
Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
-
Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
-
Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
-
Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
-
Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
-
İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
-
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
-
Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
-
MS Office komputer proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə
-
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Marka meneceri (Təmizlik və gigiyena vasitələri üzrə)” yazmaqla müraciət edilir.
Satış şöbə müdiri
Son tarix 19 dek 2021
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Marketinq və satış sahəsində 5 ildən yuxarı idarəetmə təcrübəsi
Təhsil: Ali (İdarəetmə və İqtisadiyyat sahəsində), Magistr dərəcəsi üstün tutulur
İşin Təsviri: Şöbə tərəfindən yerinə yetirilən fəaliyyətləri idarə edir.
Vəzifə öhdəlikləri:
-
Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi və düz olaraq araşdırılması, fərqli kanallar ilə bu bilgilərin kontrol edilməsini həyata keçirmək;
-
Təyin olunmuş boş kateqoriyalarda və ya bazarda satış həcmi qazanıla biləcək araşdırmaların aparılmasını təşkil etmək və satışa nəzarət etmək;
-
Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
-
Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
-
Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
-
Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək;
-
Fəaliyyəti ilə əlaqədar digər struktur bölmə vahidləri ilə koordinasiyanı təşkil etmək;
-
Marketinq Şəxsi Marka məhsuldarlığının idarə olunmasını təmin etmək;
-
Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
-
Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət və davamlı inkişaf etdirilməsinin təmini
-
Şirkət prinsiplərinə uyğun olaraq şirkətin şəxsi markalarının ümumi dövrüyyədə payını artırmağa xidmət etmək;
-
Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil etmək;
-
Satış strategiyasının (İstiqamət üzrə) tətbiq planının hazırlanması və icrasına nəzarətin təşkili
Tələblər:
-
Aparıcı Şirkətlərdə 5 ildən yuxarı idarəetmə təcrübəsi
-
Marketinq, Satış,Ümumi və Strateji idarəetmə sahəsində təlim keçən sertifikat alanlara üstünlük verilir;
-
MS Word, MS Excel, MS PowerPoint, MS Visio, ERP proqramlar biliyi;
-
Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış şöbə müdiri” yazmaqla müraciət edilir ([email protected]).