Veysəloğlu Şirkətlər Qrupu MMC
Planoqram mütəxəssisi
Son tarix 15 okt 2023 - [email protected]
Funksiya: Ticari marketinq departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
İşin təsviri: Məhsulların planoqramlarını hazırlamaq və sərgilənməsinə nəzarət etmək.
Vəzifə funksiyaları:
- Müraciət əsasında daxil olmuş yeni məhsullar üzrə planoqramları hazırlamaq, məhsula aid məlumatları araşdırmaq və uyğun olaraq proqrama daxil etmək;
- Satış nəticələrini analiz etmək və buna uyğun olaraq sərgilənmə faizini satış faizinə uyğunlaşdırmaq;
- Yeni məhsullar üzrə shelftoker dizaynlarını Corel Draw proqramında hazırlayıb təqdim etmək;
- Departamentin fəaliyyətinə uyğun olaraq dizayn konseptlərini hazırlamaq.
Vəzifə tələbləri:
- Ali təhsil (Dizayn sahəsində təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
- MS Office və dizayn proqramlarını yaxşı səviyyədə bilmək.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Planoqram mütəxəssisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.