Veysəloğlu Şirkətlər Qrupu
Səyahət Koordinatoru
Son tarix 23 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Səyahət planına və büdcəsinə uyğun olaraq xarici və daxili işgüzar səfərləri təşkil etmək;
- Aviabiletlərin bronlaşdırılması və alışını həyata keçirmək;
- Otellərin bronlaşdırılması və alışını həyata keçirmək;
- Sığortanı təşkil etmək;
- Viza anketlərini doldurmaq və vizaya müraciət etmək;
- Hava limanı və otelə transferləri təşkil etmək;
- Müştərilərdən gələn sorğuları vaxtında və işgüzar formada cavablandırmaq;
- Səyahət büdcəsinin təsdiqini əldə etmək;
- Rəhbərliyə və mühasibatlığa həftəlik və aylıq hesabatlar təqdim etmək.
Tələblər:
- Ali təhsil;
- Turizm sahəsində 3 il iş təcrübəsi;
- Yüksək analitik təhlil və çevik qərarvermə qabiliyyəti;
- MS Office biliyi;
- Komandada işləmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan və ingilis dili bilikləri.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Səyahət Koordinatoru” yazmaqla, öz CV-lərini göndərə bilərlər.