Veysəloğlu Şirkətlər Qrupu
Sistem və Şəbəkə Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 20 yan 2023 - [email protected]
Öhdəliklər:
- Şöbənin işçilərinə metodoloji köməklik göstərir, şöbə müdiri olmadıqda onu əvəz edir.
- Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün işləri əlaqələndirir.
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir.
- Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir.
- Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir.
- Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir.
- Firewall avadanlıqlarında icazələrin verilməsini təmin edir.
- Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
- Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir.
- Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir.
- Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
- Periodik olaraq daxili və xarici nüfuzetmə və boşluqların müəyyən edilməsi testlərini yerinə yetirir.
- İş fəaliyyətini İnformasiya təhlükəsizliyi və İT şöbələri ilə koordinasiya edir.
- Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır.
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
- Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir.
- Kompüter təhlükəsizliyi insidentlərinə cavab tədbirləri və informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin texniki araşdırmalarını nəzərdən keçirilməsi
Tələblər:
- Ali təhsil(ixtisas üzrə üstünlük verilən).
- Staj 2-3 il.
- Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər.
- CCSP, CEH, ISO27001:2013, COBIT 5 biliklərini tətbiq etmə qabiliyyəti.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem və Şəbəkə Təhlükəsizliyi şöbəsi aparıcı mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.