Veysəloğlu Şirkətlər Qrupu
İT İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis
Son tarix 15 okt 2022 - [email protected]
Öhdəliklər:
- Şöbə işçilərinə metodoloji köməklik göstərmək, Şöbə müdiri olmadıqda onu əvəz etmək
 - İnformasiya sistemilərinin təhlükəsizlik risklərini periodik olaraq qiymətləndirmək
 - Yeni qurulacaq sistemlər üçün informasiya təhlükəsizliyi tələblərini və elementlərini müəyyənləşdirmək
 - Şirkətin informasiya sistemlərindəki məlumatlarının əlçatanlığına, məxfiliyinə və tamlığına təsir edən təhlükəsizlik insidentlərini idarə etmək
 - Səlahiyyətli istifadəçilərin hüquqlarını periodik olaraq yoxlamaq
 - Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək
 - Loqların tətbiqi mexanizmlərini (rule) hazırlamaq və tətbiqinə nəzarət etmək
 - Bütün informasiya sistemlərinin və infrastrukturun SİEM Monitorinq sisteminə qoşulmasını təmin etmək
 - SİEM Monitorinq sisteminə baxış keçirməklə sistemlərdə baş vermiş informasiya təhlükəsizliyi üzrə insidentləri araşdırmaq
 - Məlumatların sızmasından mühafizə (DLP) sistemlərinin tətbiqində iştirak etmək
 - Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək
 - Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən edərək Şirkətin təhlükəsizlik konsepsiyasının müvafiq icrasını təmin etmək
 - Ən yaxşı təcrübədən istifadə etməklə Şirkət üçün məlumat təhlükəsizliyi standartlarının təkmilləşdirilməsində iştirak etmək
 - İnformasiya təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunlar ilə uyğunluğa nəzarət etmək
 - Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək
 
Tələblər:
- PAM, DLP həlləri ilə bağlı iş təcrübəsinə;
 - Antivirus və EDR həlləri ilə işləmə bacarığı;
 - SIEM həlləri ilə bağlı təcrübə;
 - Vulnerability scanning proqram təminatı ilə işləmə bacarığı;
 - Yeni nəsil firewall-lar (NGFW) ilə işləmə bacarığı;
 - Veb təhlükəsizlik (Web Application Firewall) haqqında bilgilərin olması;
 - Azure Cloud bilikləri(arzuolunandır);
 - Əməliyyat sistemlərinin təhlükəsizliyi barədə biliklər;
 - Şəbəkə təhlükəsizliyi ilə bağlı biliklər;
 - İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər;
 - Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə;
 - Komandada işləmək bacarığına sahib olan şəxsdir.
 
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







