Veysəloğlu Şirkətlər Qrupu
İT Sistem inzibatçısı
Son tarix 25 avq 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil edir, işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
- Bulud və Lokal informasiya sistemlərini, servislərini quraşdırır və köklənməsi işini təşkil edir.
- Əlaqəli layihələrdə iştirak edir, server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər verir.
- Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq edir.
- Serverlərinin sayının, yerləşməsinin, əməliyyat sistemlərinin optimallaşmasının, effektivliyinin və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər verir.
- Şirkətdə kiritik serverlərin və informasiya resurslarının müəyyən edilməsi və təsnifləşdirilməsi üzrə təkliflər verir.
- Serverləin təhlükəsiz standartlarına uyğun dəstəklənməsi işini təşkil edir.
- Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil edir.
- Serverlər və informasiya resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər verir.
- Serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti üçün Şirkətin Ehtiyat Mərkəzlərində işin təşkilində iştirak edir.
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
- Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətləri araşdırır və cavablandırır.
- Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirləri təşkil edir.
- Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırlmasını təşkil edir.
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Texniki Biliklər üzrə minimal tələblər:
- M365 environment üzrə administrativ biliklər (Exchange online, Sharepoint, MS Teams və s)
- Windows Server 2016, 2019 environment biliklər
- Vmware Virtualization Systems üzrə administrativ biliklər
- Dell, Huwaei, HP fiziki server və strorage üzrə administrativ biliklər
- Windows Server servisləri haqqında administrativ biliklər (LAPS. AD DS, FS, PKİ, FS, WSUS, IIS, TS və s.)
- Database xidmətləri üzrə ümumi biliklər.
- Backup sistemləri üzrə administrativ biliklər
- Monitoring sistemləri üzrə administrativ biliklər
- Qeyd olunan istiqamətlər üzrə (Azure, Office365, other Microsoft and Linux based certifications) Beynəlxalq Serifikatlı mütəxəssislər müəyyən üstünlük qazanacaqdır.
- İş stajı 2 ildən yuxarı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “ Sistem inzibatçısı” yazmaqla, öz CV-lərini göndərə bilərlər.