Veysəloğlu Şirkətlər Qrupu
Sistem İnzibatçılığı Şöbə Müdiri
Son tarix 20 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bulud və lokal informasiya sistem və servislərini quraşdırmaq və köklənməsini təşkil etmək;
- Əlaqəli layihələrdə iştirak etmək, server infrastrukturu və informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər vermək;
- Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək;
- Serverlərinin sayı, yerləşməsi, əməliyyat sistemlərinin optimallaşması, effektivlik və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər vermək;
- Serverlərin təhlükəsizlik standartlarına uyğun dəstəklənməsi işini təşkil etmək;
- Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil etmək, server və informasiya resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;
- Şirkət əməliyyatlarının dayanıqlılığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak etmək;
- Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirləri təşkil etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- “Windows Server” 2016 və 2019 environment biliklər;
- “Azure Cloud Systems”, “M365 (“Exchange online”, “Sharepoint”, “MS Teams” və s.)”, “Vmware Virtualization Systems”, “Dell, Huwaei, HP fiziki server və strorage”, “Windows Server” servisləri (LAPS. AD DS, FS, PKİ, FS, WSUS, IIS, TS və s.), “Database” xidmətləri, “Backup” və Monitorinq sistemləri üzrə administrativ biliklər;
- Qeyd olunan istiqamətlər üzrə (“Azure”, “Office365”, other Microsoft and Linux based certifications) beynəlxalq sertifikatların olması üstünlükdür;
- Yüksək idarəetmə, çevik qərarvermə və təşkilatçılıq bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem İnzibatçılığı Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.