Veysəloğlu Şirkətlər Qrupu
IT texnik
Son tarix 02 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin kompüterlərini, printerlərini və digər elektron avadanlıqları quraşdırılmaq;
 - Texniki və proqram təminatları problemlərinin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
 - “CCTV” və “İP” kameralarının qoşulmasını və qurulmasını təmin etmək;
 - “Cat6” və “Cat6A(FTP)” kabellərinnin çəkilməsini və sonlandırılmasını həyata keçirmək;
 - Əməliyyat sistemlərini və digər proqram təminatlarının yazılmasını təmin etmək;
 - Açılan sorğuların vaxtında və sürətli həll edilməsini təmin etmək;
 - Zəif axım kabellərinin çəkilməsi və rack kabinlərin yığılmasını həyata keçirmək.
 
Tələblər:
- Ali təhsil (texniki təhsil arzu olunandır);
 - İT sahəsində 1 ildən artıq iş təcrübəsi (“Windows” üzrə şəbəkə bilikləri və iş təcrübəsi);
 - Windows10-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər;
 - Zəif axım və data kabellərin çəkilməsi, rack kabinlərin qurulması, mərtəbə qutularının (Floorbox) quraşdırılması, CCTV və İP kameraların qoşulması və qurulması üzrə bilik və bacarıqlar;
 - Sxemlər və topologiyalar ilə işləmə bacarığı;
 - DC və LAN, AD, DHCP və DNS üzrə başlanğıc biliklər;
 - Şəbəkə Printerlərlə iş üzrə biliklər;
 - İngilis dili biliyi;
 - Analitik təhlil, çevik qərarvermə və komandada işləmə bacarığı.
 
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “ İT Texnik” yazmaqla, öz CV-lərini göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







