Veysəloğlu Yaycılı Qardaşlar
Marketinq departament müdiri
Son tarix 20 iyn 2022 -[email protected]
İş barədə məlumat:
- İstehlakçı ehtiyaclarının aşkar olunması, münasib əmtəələrin hazırlanması və onlara müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkili və səmərəli stimullaşdırılması;
- Müvafiq marketinq araşdırmalarının, layihələrinin planlaşdırılması və icrası;
- Tələbatın strukturu və dinamikası;
- Danışıqların aparılması və müqavilələrin bağlanması;
- Korporativ əlaqələrin qurulması və təkmilləşdirilməsi;
- Bazarın marketinq araşdırmasını aparır;
- Potensial müştərilərin axtarılması və cəlb olunmasını, yeni tanıtım və satış kanallarının tapılmasını həyata keçirir;
- İstehsal olunan məhsulun satışı üçün əlverişli şərait yaradır, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədilə bazar şəraitini təhlil edir və proqnozlaşdırır;
- Yeni məhsulların araşdırılması, hazırlanmsı və reallaşdırılması, həmçinin dizaynının yaxşılaşdırılması üçün əvvəlcədən istehlakçıların tələblərini dəqiq öyrənir;
- İstehlakçıların zövqləri və arzuları haqqında toplanmış informasiyaları analiz edir;
- Cari və perspektiv tələbata müvafiq olan əmtəələrin istehsalını təşkil edir;
- Müxtəlif yarmarkaların, sərgilərin keçirilməsini təşkil edir;
- İşgüzar tədbirlərdə müəssisəni təmsil edir;
- Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsini həyata keçirir və icrasına nəzarət edir;
- Marketinq layihələrini təhlil edir, müvafiq hesabatları hazırlayır və müntəzəm olaraq müəssisə rəhbərinə təqdim edir;
- İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi;
- İngilis dili biliyi (advanced);
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Bazarı təhlil etmək bacarığı
- Yüksək analitik qabiliyyət, biznes ünsiyyət və təqdim etmə bacarıqları
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00 (5 günlük)
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Marketinq departament müdiri" qeyd edərək e-ünvanına göndərə bilərlər.