Kateqoriya meneceri (Qida əlavələri və dərman məhsulları sektoru üzrə)
Son tarix 10 iyn 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 3 il marketinq sahəsində iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 25-45
İşin təsviri: Qida əlavələri və dərman məhsulları sektoru üzrə məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.
Vəzifə funksiyaları:
-
Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
-
Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
-
Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
-
Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
-
Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
-
İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
-
Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
Vəzifə tələbləri:
-
Ali təhsil;
-
Marketinq və bazar araşdırmalarını dərindən bilməli;
-
Şəxsi avtomobil olmalı;
-
FMCG sahəsində ən azı 3 il iş təcrübəsi olması;
-
Azərbaycan və İngilis dil bilikləri
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
-
Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük,09:00-18:00
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kateqoriya meneceri” yazmaqla CV göndərərək müraciət edilir.