Satış müdiri
Son tarix 18 may 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi
Təhsil: Müvafiq sahədə ali təhsil (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür).
Yaş həddi: 25-40
İşin təsviri: Satış şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
-
Şirkətin məhsulları üçün potensial bazarları müəyyənləşdirmək məqsədilə sorğular keçirmək;
-
Mövcud çeşidlərin yeniləri ilə əvəz olunması üçün rəhbərliyə təkliflər vermək;
-
Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək;
-
Satış proqnozları və strateji planlaşdırmadan istifadə edərək məhsulların rentabelliyi və satışını müəyyənləşdirmək, biznesin inkişafını analiz etmək və bazar tendensiyalarının monitorinqini aparmaq;
-
Satış nöqtələri ilə əldə edilən razılaşmaya əsasən (rəf payı, düzülüş) tətbiq edilən kampaniyaların şərtlərinin həyata keçirilməsini yoxlamaq və hesabat halına salmaq;
-
Direktor ile birliktə rüblük satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət proqramı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
-
Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
-
Müştərilərin məlumat bazasının dəqiqlik və mükəmməllik üçün satış proqramlarının monitorinqini təmin etmək.
Tələblər:
-
Satış dövriyyəsi sahəsində rəhbər vəzifədə iş təcrübəsinin olması;
-
Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq;
-
Liderlik qabiliyyəti;
-
Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
-
Azərbaycan və Rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
-
MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
-
Ərazidə əsas müştərilərlə əlaqələrin idarə edilməsi və inkişafı
-
Aylıq hesabatların hazirlanmasi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış müdiri” yazmaqla CV göndərərək müraciət edilir.