Korporativ Hüquq, Tənzimləmə və Uyğunluq üzrə Şöbə Müdiri
Son tarix 11 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Hüquq şöbələrinin işinin effektivliyini artırmaq üçün sistemin qurulmasında iştirak etmək;
-
Hüquq şöbələrinin iş standartlarını işləyib hazırlamaq;
-
Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatlar aparmaq;
-
Təyin olunmuş strateji məqsədlərə nail olunmasını qiymətləndirmək;
-
Mühüm əhəmiyyət kəsb edən layihələrlə bağlı operativ idarəçiliyi həyata keçirmək;
-
Zəruri hallarda Şirkətin maraqlarını məhkəmələrdə və digər qurumlarda təmsil etmək;
-
Müvafiq əsasnamələri, reqlamentləri, təlimatları və sənədləri işləyib hazırlamaq;
-
Hüquqi audit aparmaq və nəticələrinə dair hesabatlar hazırlamaq, aşkar edilmiş uyğunsuzluqları aradan qaldırılması istiqamətində addımlar atmaq;
Tələblər:
-
Müvafiq sahə üzrə ali təhsil;
-
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
-
Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
-
Yüksək idarəetmə, çevik qərarvermə və təşkilatçılıq bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Korporativ Hüquq, Tənzimləmə və Uyğunluq Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.