Məhsul qəbulu, utilizasiyası və saxlanması üzrə mütəxəssis
Son tarix 02 yan 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 1-3 il iş təcrübəsi
Təhsil: Ali (Qida mühəndisliyi yönümlü)
İşin Təsviri: Distribusiya qrupunun anbarlarına gələn məhsulların (qida və qeyri-qida) keyfiyyət uyğunluqlarının müəyyən edilərək qəbul edilməsi, standardlara uyğun şəkildə saxlanmasının təmin edilməsi və uyğunsuz məhsulların prosedur və təlimatlar əsasında utilizasiyası proseslərinin icra oluunması
Vəzifə öhdəlikləri:
- Anbarlara daxil olan məhsulların qida təhlükəsizliyi və keyfiyyət standardlarına əsasən qəbul etmək
- Qəbul zamanı uyğunsuz məhsulları müəyyən edib müvafiq sənədləri hazırlayıb hesabatını vermək
- Uyğunsuz məhsulların satışa getməməsi üçün təlimatları icra etmək
- Uyğunsuz məhsulların utilizasiyası prosesini icra etmək
- Məhsulların anbarda saxlanması qaydalarına nəzarət etmək, gündəlik qeydlər aparmaq və sənədləşdirmək
- Məhsulların keyfiyyət sənədi, laborator aktları və qida təhlükəsizlik sənədlərinin alınması üçün dövlət qurumları və digər qurumlara anbarlardan nümunə təmin etmək
- Məhsulların tələb daxilində laborator analizlərini etmək üçün anbarlardan nümunə təmin etmək
- Məhsulların istehsal tarixi və son istifadə tarixlərinə nəzarət etmək
- Gündəlik olaraq məhsulların saxlanma şərtlərinə: anbarların daxili temperaturu və nisbi rütubətliliyinə nəzarət etmək və qeydiyyat aparmaq
- Anbar daxilində əməyin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmək
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office komputer proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Məhsul qəbulu, saxlanması və utilizasiyası üzrə mütəxəssis” yazmaqla müraciət edilir.