Vəzifə: Marka Meneceri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü)
Bu şirkətlər işçi yığır: əmək haqqı 500 - 2400 manat - 21 VAKANSİYA
Vəzifə öhdəlikləri:
Məhsul təkliflərinin və kateqoriyaların maliyyə göstəricilərinin idarə olunması
- kateqoriyalar və markaların maliyyə göstəricilərinin yerinə yetirilməsi (gündəlik / həftəlik / aylıq / rüblük hesabatlar);
- Tabeçiliyindəki işçilərin hesabatlarına nəzarət;
- uzunmüddətli planları formalaşdırmaq üçün xarici bazar araşdırmaları və daxili təhlillər aparmaq;
- kateqoriyalar və markaların inkişaf strategiyasının həyata keçirilməsi;
- Marka, mal növü, qiymət mövqeyi ilə kateqoriya çeşid tərkibinin inkişafı;
- tədarükçülər və podratçılarla kommersiya iş şərtlərinin danışıqları;
- bütün kateqoriya məhsulları, markaları üçün qiymətlərin formalaşdırılması;
Çeşid matrisinə uyğun olaraq malların inkişafı etdirilməsi
- tədarükçü portfelinin axtarışı və müqavilə şərtlərinin razılaşdırılması;
- yeni məhsulların axtarışı,qəbul və ya xaric edilməsinin qərarlaşdırılması;
Kateqoriya üzrə satış strategiyasının hazırlanması və həyata keçirilməsi
- məhsul kateqoriyalarına və markalarına görə satış strategiyasının hazırlanması və icrasına nəzarət;
- satış strukturları ilə birlikdə satış kanallarının inkişaf etdirilməsi;
- yeni markalar və məhsul kateqoriyalarına dair təlimlərin təşkil edilməsi;
- satış struktur əməkdaşlarının marka və kateqoriya məhsulları haqqında biliklərinə nəzarət etmək;
Kateqoriyaya görə marketinq kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi
- marketinq kommunikasiya strategiyalarının kateqoriya üzrə həyata keçirilməsi;
- marka və mal kateqoriyasına aid bütün təqdimat və POS materialların yaradılması, saxlanması və paylanmasının koordinasiya edilməsi
- brendin tanıtım tədbirlərində və brendin tanıtımı üzrə əsas danışıqlarda iştirak etmək;
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Marka meneceri” yazaraq CV göndərməklə müraciət edilir.