"Veysəloğlu Yaycılı Qardaşlar" MMC Satınalma üzrə aparıcı mütəxəssis vakansiyasını açıq elan edir.
İş məlumatları:
1,1 Planlama şöbəsinin xammal və köməkçi material, Arge və İnkişaf şöbəsinin, marketinq və Satış şöbəsinin tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq
1,2 Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək
1,3 Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq
1,4 Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
1,5 Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
1,6 Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
1,7 Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
1,8 Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək, sifarişlərin düzgün daşınması və çatdırılması işini təşkil etmək, hər hansı maneələr yarandığı təqdirdə rəhbərini məlumatlandırmaq
1,9 Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
1,10 Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
1,11 Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq
1,12 Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək
1,13 Tədarükçü firmalardan yükləmə sənədlərini alaraq gigiyenik, idxal, baytarlıq və s. sertifikatların alınması üçün Keyfiyyətin İdarə Olunması Departamentinə təqdim etmək
1,14 Yükləmə sənədlərini tədarükçüdən aldıqdan sonra yoxlamaq, gömrükləmə üçün nəzərdə tutulmuş qovluqda yerləşdirmək
1,15 Mədaxil aktını hazırlamaq və anbara göndərmək, malların miqdar, çeşid, keyfiyyət və digər xüsusiyyətlərində hər hansı çatışmazlıq aşkar olunarsa rəhbərinə məlumat vermək və müqavilədə müəyyən edilmiş qaydalara əsasən müvafiq addımlar atmaq
1,16 Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil etmək və s.
Tələblər:
• Yaş : 25 - 35
• Ali təhsil;
• Analoji sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
• İngilis (advanced) və rus dili bilikləri
• Bazarı təhlil etmək bacarığı
• Danışıqların aparılması bacarığı
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzuda Satınalma üzrə aparıcı mütəxəssis yazaraq göndərə bilərlər.