Vakansiya: İstehsalat üzrə mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 1 il iş təcrübəsi
Təhsil: Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil
Vəzifə öhdəlikləri:
- İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
- İstehsal xərclərinin bölüşdürülməsi;
- İstehsal əməliyyatlarının yoxlanılması,plandan kənarlaşmaların aşkar edilməsi;
- Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi;
- Məhsul resepturalarının sistemə daxil edilməsi;
- Anbar qalıqlarının uçotunun aparılması;
- İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Debitor və kreditorların uçotunun aparılması.
Tələblər:
- ERP proqramları üzrə biliklər;
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə)
- Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük, 09:00-18:00
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İstehsalat üzrə mühasib” yazaraq [email protected] email adresinə göndərmələri xahiş olunur.