Veysəloğlu MMC
Marketinq meneceri (Şirniyyat məhsulları)
Son tarix 01 okt 2023 - [email protected]
Funksiya: Şirniyyat üzrə biznes inkişafı departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.
Vəzifə funksiyaları:
- Məhsul idarəçiliyində olan markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
- Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Minimum 3 il marketinq, kateqoriya idarəetmə və ya biznesin inkişafı sahəsində iş təcrübəsi (FMCG sahəsində iş təcrübəsi üstünlükdür);
- Marketinq və bazar araşdırması prinsiplərini dərindən bilmək;
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür).
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilir.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Marketinq meneceri (Şirniyyat məhsulları)” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.