Veysəloğlu MMC
Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis
Son tarix 24 dek 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
- Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi;
- Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
- İş axışlarının “AS IS” və “TO BE” modellərin tərtib edilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
- İş fəaliyyəti ilə əlaqədar əzamiyyətlərin təmin edilməsi.
Vəzifə tələbləri:
- Ali təhsil (Biznesin idarəedilməsi, “MBA” təhsili arzu olunandır)
- Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsultantlıq sahəsində 3 il iş təcrübəsi
- Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint) yaxşı səviyyədə bilməli
- Dil bilikləri: Azərbaycan dili: əla, ingilis və ya rus dili: yaxşı
- Nəticəyə yönümlü olması
- Komanda işi və dinamikanı anlamaq
- Zamanın idarəolunması bacarığı
- Yüksək analitik düşünmə qabiliyyəti
- ERP/BPM/SFA/WMS/TMS proqram təminatları üzrə yüksək istifadə bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.