Veysəloğlu MMC
Proqram inzibatçısı
Son tarix 10 iyn 2024 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Vəzifə öhdəlikləri:
- Sistem xüsusiyyətlərini nəzərdən keçirmək və analiz etmək
- Test planların, ssenarilərin və ya prosedurların yerinə yetirilməsi
- Düzgün və qüsursuz işləməsi üçün proqram təminatının test edilməsi
- Xətaları müəyyən etmək, hərtərəfli sənədləşdirmək və aradan qaldırılmasını izləmək
- Səhvlər həll edildikdən sonra reqressiya testini həyata keçirmək
- Aşkarlanmış problemlərin həll edilməsi üçün proqramçılarla qarşılıqlı işləmək
- Funksional tələblər, məhsul dizaynları, cədvəllər və ya potensial problemlər haqqında məlumat vermək üçün məhsul dizaynını nəzərdən keçirilməsində iştirak etmək
Tələblər:
- SDLC və Test Metodologiyaları haqqında anlayış
- Güclü analitik və problem həll etmə bacarığı
- Detallara yüksək diqqət və sürətli templi mühitdə işləmək bacarığı
- Agile Metodologiyaları haqqında əsas anlayış
- “Black Box”, “White Box” və “Gray Box” kimi test metodologiyalarını yaxşı başa düşmək
- DLC (defect life cycle) yaxşı başa düşmək və izləmək
- Test planı, test nümunələri, test məlumatları və s. kimi test sənədlərini yaxşı başa düşmək.
- Test idarəetmə alətləri ilə təcrübə
- Test alətləri və framework-lər ilə tanışlıq üstünlükdür
- SQL və verilənlər bazası anlayışları üzrə əsas biliklər üstünlükdür
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Proqram inzibatçısı” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Texniki Dəstək Mütəxəssisi
Son tarix 10 iyn 2024 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İşin təsviri: Notebook, masaüstü kompüterlər, printerlər ve diger avadanlıqlar (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək.
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Vəzifə öhdəlikləri:
- Notebook, masaüstü kompüterlər, printerlər ve diger avadanlıqlar (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək.
- Ofis daxili şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması (ehtiyac olduğu halda kabeli çəkmək və qoşmaq).
- PC və Noutbukların ilkin diaqnostikası (hardware).
- Şəbəkə avadanlıqlarla işləmə bacarığı və administrasiyası.
- İnformasiya təhlükəsizliyinin təmin olunması.
- Yeni texniki vasitələrin təyini və tətbiqi məsələlərində iştrak edilməsi
- Biznes istifadəçiləri üçün təlimlər vermək
Tələblər:
- Ali təhsil (texniki təhsil arzu olunandır);
- CompTİA A+ sertifikatı üstünlükdür.
- İngilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
- Sistemin ilkin anlayışları (Domain, DC, DHCP, DNS, AD)
- Şəbəkənin ilkin anlayışları (OSİ, TCP/İP, VLAN, Cabling, İP, Subnet Mask)
- Virtualizasiya və Cloud anlayışları
- Şəbəkə Printerlərlə iş üzrə bilik və iş təcrübəsi;
- Kompyuter avadanlığının təmiri və montajı;
- Diqqətlilik;
- Ünsiyyət qurma bacarığı;
- Analitik düşüncə bacarığına malik, həll yolunu tapmaq məntiqi ilə çalışan və düşünən;
- Ezamiyyətə gedə bilmə imkanı olmalı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Texniki Dəstək mütəxəssisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.