Veysəloğlu Yaycılı Qardaşlar
SMM mütəxəssisi
Son tarix 01 fev 2023 - [email protected]
Vəzifə və öhdəliklər:
- Günlük sosial şəbəkələri izləmək, gündəlik məlumatlar hazırlamaq və yeniləmək; media və sosial şəbəkələrdə şirkəti aktiv təmsil etmək.
- Şirkətin tanınmasını artıracaq təşəbbüslər irəli sürmək və həyata keçirmək
- Kontent və postların hazırlanması (foto, video, mətn) və sosial medyada paylaşılmasını təmin etmək;
- KİV-dən və sosial şəbəkələrdən daxil olan müraciətləri cavablandırmaq
- KİV və sosial şəbəkələrin monitorinqini həyata keçirmək
- Sosial şəbəkələrdə məlumatların yerləşdirilməsi və yenilənməsinə nəzarət etmək
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə min 1 il iş təcrübəsi;
- Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi lazımdır, rus və ingilis dilləri biliyi əlavə üstünlükdür;
- Araşdırma və təhliletmə bacarığı, analitik düşüncə qabiliyyəti;
- Microsoft office proqramları üzrə bilikləri;
- Ünsiyyətcil, pozitiv, punktual, kollektivdə işləmək bacarığı.
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Yemək və servis təminatı
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Yanvar 2023-cü il tarixinədək emailin mövzu hissəsində " SMM mütəxəssisi " qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Veysəloğlu MMC
Müqavilələr üzrə mütəxəssis
Son tarix 05 fev 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Müqavilə idarəçiliyinin təşkili və aparılması;
- Müqavilələrin reyestrinin təşkili və aparılması;
- Müqavilələrin imzalanmasının təşkili və həyata keçirilməsi;
- Müqavilələrin kağız daşıyıcıda toplanması və arxivləşdirilməsi;
- Müqavilə idarəçiliyi ilə əlaqədar Cəmiyyətdaxili qaydalara uyğun olaraq rəhbərin verdiyi tapşırıqların icra edilməsi.
Vəzifə tələbləri:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- MS Office , xüsusilə Excel proqramını əla bilmək
- Müqavilə idarəçiliyi üzrə ümumi biliklərə malik olmaq
- Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Müqavilələr üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.