Veysəloğlu MMC
Qastronom şöbə müdiri
Son tarix 21 iyl 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi və doğru olaraq araşdırılması, fərqli kanallar ilə bu məlumatların yoxlanılması prosesini həyata keçirmək;
- Portfeldə olan bütün kateqoriya ve markalara aid büdcənin idarə olunmasına nəzarət etmək;
- Təyin olunmuş boş kateqoriyalarda və ya bazarda satış həcmi qazanıla biləcək araşdırmaların aparılmasını təşkil etmək və satışa nəzarət etmək;
- Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək;
- Şirkət prinsiplərinə uyğun olaraq şirkətin şəxsi markalarının ümumi dövrüyyədə payını artırmağa xidmət etmək;
- Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
- Məhsulun qablaşdırmasını, reklamını, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Kateqoriyaların idarə edilməsi, marketinq və satış prinsipləri üzrə yüksək biliklər,uzun müddətli iş təcrübəsi(xüsusi ilə Qeyri-qida);
- MS Office proqramlarında işləmək bacarığı;
- Data məlumatlarının analizi, proqnozlaşdırılması və təhlili bacarığı;
- Aparıcı şirkətlərdə 5 ildən yuxarı idarəetmə təcrübəsi;
- Yüksək səviyyədə ingilis dili biliyi(rus dili üstünlükdür);
- Marketinq,satış,ümumi və strateji idarəetmə sahəsində təlim keçən sertifikat alanlara üstünlük verilir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Qastronom şöbə müdiri ” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Veysəloğlu Şirkətlər Qrupu
İT Siyasətlərin və Proseslərin İdarəedilməsi Mütəxəssisi
Son tarix 21 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətdə İT idarəçiliyinin təmini üzrə siyasət və prosedurları, prosesləri və beynəlxalq standartları tətbiq etmək;
- İT idarəçiliyinin, risklərinin və nəzarətinin qurulmasında iştirak etmək və optimallaşdırılması üzrə təkliflər vermək;
- Vaxt, büdcə və keyfiyyət hədəflərini nəzərə alaraq işin təhlilini aparmaq, planlaşdırılmasını, icrasını və qiymətləndirməsini təşkil etmək;
- Şirkətdə informasiya və rəqəmsallaşmış biznes proses risklərinin qiymətləndirilməsində iştirak etmək.
- Cəlb olunduğu İT layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- İT idarəçiliyi üzrə siyasət və prosedurları işləyib hazırlama bacarığı;
- CRISC, CGEIT, ITIL, COBIT 5 və İSO27001:2013 bilikləri və tətbiq etmə qabiliyyəti;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Azərbaycan və ingilis dili bilikləri;
- Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT Siyasətlərin və Proseslərin İdarəedilməsi Mütəxəssisi” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu MMC
Qeyri-qida üzrə Biznes inkişafı departamentində Satış müdiri (Salyan)
Son tarix 21 iyl 2022 - [email protected]
İş yeri: Salyan şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Günlük satış analizini kateqoriya bazında araşdırmaq ,Satış hesabatlarını kontrol və analiz etmək;
- Satış müdirlərinin və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək;
- Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət etmək;
- Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət etmək,mütəmadi ezamiyyətə getmək;
- Ərazidəki potensiallı müştərilərin satışına mütəmadi olaraq nəzarət etmək və satışın artırılması istiqamətində təkliflər vermək;
- Hər ayın əvvəli keçən ayın satış müdiri və satış təmsilçi bazında (rayon üzrə sub kateqoriya satışlar və nöqtə sayı) hesabatları təqdim etmək
Vəzifə tələbləri:
- Ali təhsil (Biznesin İdaredilməsi,Marketinq və ya İqtisad yönümlü);
- Satış sahəsi üzrə ən azı 3 il təcrübə;
- Analitik düşünmə və problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurma və təqdimat bacarığı;
- Təşəbbüskarlıq,mükəmməl mentorluq,kouçinq,komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
- Microsoft Office (Excel) komputer proqramından sərbəst istifadə etmək bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Veysəloğlu MMC
Kateqoriya meneceri
Son tarix 21 iyl 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 3 il marketinq, kateqoriya idarə etmə vəya biznes inkişaf sahəsində iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 25-40
İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.
Vəzifə funksiyaları:
- Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
- Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
Tələblər:
- Marketinq və bazar araşdırmalarını dərindən bilməli;
- FMCG sahəsində iş təcrübəsi üstünlükdür;
- Rus və ingilis dili biliklərinin olması üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kateqoriya meneceri” yazmaqla CV göndərərək müraciət edilir.
Veysəloğlu Şirkətlər Qrupu
Sistem İnzibatçılığı Şöbə Müdiri
Son tarix 20 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bulud və lokal informasiya sistem və servislərini quraşdırmaq və köklənməsini təşkil etmək;
- Əlaqəli layihələrdə iştirak etmək, server infrastrukturu və informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər vermək;
- Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək;
- Serverlərinin sayı, yerləşməsi, əməliyyat sistemlərinin optimallaşması, effektivlik və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər vermək;
- Serverlərin təhlükəsizlik standartlarına uyğun dəstəklənməsi işini təşkil etmək;
- Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil etmək, server və informasiya resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;
- Şirkət əməliyyatlarının dayanıqlılığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak etmək;
- Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirləri təşkil etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- “Windows Server” 2016 və 2019 environment biliklər;
- “Azure Cloud Systems”, “M365 (“Exchange online”, “Sharepoint”, “MS Teams” və s.)”, “Vmware Virtualization Systems”, “Dell, Huwaei, HP fiziki server və strorage”, “Windows Server” servisləri (LAPS. AD DS, FS, PKİ, FS, WSUS, IIS, TS və s.), “Database” xidmətləri, “Backup” və Monitorinq sistemləri üzrə administrativ biliklər;
- Qeyd olunan istiqamətlər üzrə (“Azure”, “Office365”, other Microsoft and Linux based certifications) beynəlxalq sertifikatların olması üstünlükdür;
- Yüksək idarəetmə, çevik qərarvermə və təşkilatçılıq bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem İnzibatçılığı Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu
Təchizat Standartlaşma və Kodlama (SAP Core Data) üzrə mütəxəssis
Son tarix 16 iyl 2022 - [email protected]
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
Vəzifə üzrə tələblər:
- Təchizat sahəsində təcrübə arzuolunandır;
- SAP ERP proqramında təcrübə arzuolunandır;
- Master dataların (SKU) hazırlanmasında təcrübə;
- Tədarükçülərin Pre-Kvalifikasiya (Prequalification Qeuestionaire) sorğusundan keçirilməsində təcrübə.
Vəzifə öhdəlikləri:
- Proqram təminatında məhsul məlumat bazasının formalaşdırılmasına dair standartları təyin etmək və verilənlər bazası üzrə mütəxəssislərə izah etmək.
- Sifarişçilər tərəfindən proqram təminatında yaradılmış məhsul məlumatlarını yoxlamaq və təsdiqləmək.
- Proqram təminatına daxil edilmiş tədarükçü məlumatlarını yoxlamaq və təsdiqləmək.
- Proqram təminatının biznes vahidlərində tətbiqinə və istifadəsinə dəstək göstərmək, proseslərin düzgün icrasına nəzarət etmək.
- Təsdiq edilmiş tədarükçü siyahısını hazırlamaq.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Standartlaşma və Kodlama (SAP Core Data) üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.