Veysəloğlu Yaycılı Qardaşlar
Satınalma mütəxəssisi
Son tarix 28 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, dəqiq, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasını planlaşdırmaq və həyata keçirmək, işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra etmək;
- Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirmək, satınalma sifarişlərini hazırlamaq və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq qaydada həyata keçirmək;
- Təchizatçılar və xidmət təminatçılarının texniki və maliyyə təhlilini aparmaq;
- Bazarın müqayisəli təhlilini aparmaq, tələb olunan materialları daxili və xarici bazarda araşdırmaq, təchizatçı bazasının hazırlanmasını təmin etmək;
- Tender sorğularını hazırlamaq və qiymətləndirmək, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesini yekunlaşdırmaq;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələri müəyyən edilmiş şərtlərə müvafiq şəkildə bağlamaq;
- Təchizatçılarla danışıqlar aparmaq, qiymət endirimlərinin alınmasını təmin etmək;
- Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat vermək;
- Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıq və göstərişləri yerinə yetirmək.
Tələblər:
- Ali təhsilli olmalı; Beynəlxalq münasibətlər, Logistika üzrə olması arzu olunandır
- Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
- Xarici satınalmada iş təcrübəsi (ən azı 1 il) olmalı,
- Yazılı komunikasiya imkanlarının yaxşı səviyyədə olması.
- MS office proqramlarında işləmə bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
İş şəraiti:
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Servis xidməti mövcuddur;
- Əmək haqqı: müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində "Satınalma mütəxəssisi" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.