Veysəloğlu Yaycılı Qardaşlar
Biznes tərəfdaş
Son tarix 14 mar 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin həyata keçirilməsinə - namizədlərin axtarılması, görüşlərin keçirilməsi və təyinatlarının verilməsi proseslərinə nəzarət etmək
- Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq
- Komandaya yeni qoşulmuş üzvlərin adaptasiya prosesinə dəstək;
- Xidmət göstərdiyi funksiyaların işçi heyəti ilə mütəmadi görüşlər keçirmək, təklif və şikayətlərini dinləmək, həlli yolunda müvafiq addımlar atmaq;
- Vəzifə təlimatlarının yazmaq və yeniləmək,
- Təşkilatın strategiyasını tətbiq etmək üçün təşkilati strukturların, vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi və kadr ehtiyatının idarə edilməsi üzrə proseslərin hazırlanması istiqamətində struktur bölmələrinin rəhbərləri ilə birgə çalışmaq;
- Müəssisə daxili nizam-intizam məsələlərini tənzimləmək;
- İşçi tələbini analiz etmək və ştat üzrə vakansiyalar açmaq;
- Yeni ştatlara əmək haqqı təyin olunmasında iştirak etmək, əmək haqqı üzrə bazar araşdırmalarını aparmaq
Tələblər:
- Təhsil: Ali təhsil
- Təcrübə: müvafiq sahə üzrə min. 1 il
- Kompüter bilikləri: MS Office -sərbəst;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
- İşə qəbul müsahibələrinin aparılması bacarığı
- İstehsal sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
İş şəraiti:
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Servis xidməti mövcuddur;
- Əmək haqqı: müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00-18:00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 mart 2024-cü il tarixinədək emailin mövzu hissəsində "Biznes tərəfdaş" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.