Veysəloğlu Yaycılı Qardaşlar
Satınalma mütəxəssisi
Son tarix 27 may 2022 - [email protected]
İş məlumatları:
- Planlama şöbəsinin xammal və köməkçi material, Arge və İnkisaf sobəsinin, marketinq və Satış şöbəsinin tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq
- Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək
- Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
- Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək, sifarişlərin düzgün daşınması və çatdırılması işini təşkil etmək, hər hansı maneələr yarandığı təqdirdə rəhbərini məlumatlandırmaq
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
- Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
- Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq
- Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək
- Tədarükçü firmalardan yükləmə sənədlərini alaraq gigiyenik, idxal, baytarlıq və s. sertifikatların alınması üçün Keyfiyyətin İdarə Olunması Departamentinə təqdim etmək
- Yükləmə sənədlərini tədarükçüdən aldıqdan sonra yoxlamaq, gömrükləmə üçün nəzərdə tutulmuş qovluqda yerləşdirmək
- Mədaxil aktını hazırlamaq və anbara göndərmək, malların miqdar, çeşid, keyfiyyət və digər xüsusiyyətlərində hər hansı çatışmazlıq aşkar olunarsa rəhbərinə məlumat vermək və müqavilədə müəyyən edilmiş qaydalara əsasən müvafiq addımlar atmaq
- Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil etmək və s.
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Yaş : 25 - 35
- Ali təhsil;
- Analoji sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- İngilis (advanced) və rus dili bilikləri
- Bazarı təhlil etmək bacarığı
- Danışıqların aparılması bacarığı
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Satınalama mütəxəssisi" qeyd edərək e-ünvanına göndərə bilərlər.