Veysəloğlu Şirkətlər Qrupu
Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis
Son tarix 16 avq 2026 - [email protected]
Veyseloglu Group of Companies "Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis" vakansiyasını açıq elan edir.
Əsas Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3 il, aparıcı vəzifədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;
- Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;
- MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;
- Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
- PMS sertifikatı arzuolunandır;
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.
- Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
- Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.
- Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.
- Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
- Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
- Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.
- İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş Şərtləri
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (Həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti Mövcuddur
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Büdcə və mühasibat uçotu üzrə aparıcı mütəxəssis” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















