Veysəloğlu Şirkətlər Qrupu
Aparıcı mühasib
Son tarix 19 iyl 2025 - [email protected]
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə fəaliyyətinin və mühasibat uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və daxili siyasətlərə uyğun təşkili.
- Gündəlik maliyyə əməliyyatlarının uçot sistemində düzgün və vaxtında əks etdirilməsinə nəzarət.
- Vergi, DSMF və digər dövlət hesabatlarının hazırlanması və təqdim olunması.
- Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və rəhbərliyə təqdim olunması.
- Gündəlik ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi.
- Elektron qaimələrin tərtibi və müvafiq sistemlərdə idarə olunması.
- Əmək haqqı, məzuniyyət və kompensasiya hesablamalarının icrası.
- Əsas vəsaitlər, amortizasiya, debitor və kreditorların uçotu.
- Bank əməliyyatlarına və nağd vəsait hərəkətlərinə nəzarət.
- Mühasibatlığa aid bütün digər əməliyyatlar
- İl sonu maliyyə bağlanış proseslərinə rəhbərlik.
- Audit yoxlamaları üçün lazımi sənədlərin və izahatların hazırlanması.
- Maliyyə siyasətlərinin və prosedurlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi.
- Mühasibat komandasının rəhbərliyi və inkişaf etdirilməsi.
- Vergi planlaması və risklərin idarə olunmasına dair təkliflərin hazırlanması
Tələblər:
- Azərbaycan Respublikası vergi və mühasibat qanunvericiliyi üzrə dərin biliklər.
- Əmlak (daşımaz əmlak) sahəsində uçot spesifikasiyası barədə təcrübə.
- Mühasibat proqramlarında (1C, Logo, SAP və s.) işləmək bacarığı.
- Güclü analitik düşüncə, problem həlletmə və komanda idarəetməsi bacarığı.
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə).
- PMC (Professional Accounting Certificate) – mütləqdir.
- ACCA və ya digər beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftə içi)
- Nahar: Təmin edilir
- Rəqabətli əmək haqqı və mükafat sistemi.
- Peşəkar inkişaf imkanları və təlim proqramları.
- Müasir iş mühiti və layihələrdə iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı mühasib” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.